2016-02-26
Praqanın mərkəzi meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib

26 fevral 2016-cı il tarixində Azərbaycan Tələbə Şəbəkəsi təşkilatının Çexiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Praqanın mərkəzi Náměstí Republiky meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar müvafiq çadır quraşdırılı

Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev Praqanın mərkəzinə toplanmış Azərbaycan icmasının üzvləri, gənclər və mərasimə qatılmış yerli sakinlər qarşısında Xocalı soyqırımı ilə bağlı çıxış edib və icma üzvlərini Azərbaycanın haqq səsinin Çexiya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırıb.

Daha sonra Xocalı soyqırımının qurbanlarının ruhu sükutla yad edilib və həlak olmuş soydaşlarımızın xatirəsinə həsr edilmiş simvolik qara şarlar havaya buraxılıb.   

Praqanın mərkəzi meydanında quraşdırılmış çadırda Azərbaycan Tələbə Şəbəkəsi təşkilatının nümayəndələri tərəfindən yerli sakinlərin diqqətinə Xocalı soyqırımı haqqında məlumatlar təqdim edilib, müvafiq məlumat vərəqləri və broşürlər paylanılıb. Eyni zamanda, quraşdırılmış monitor vasitəsilə Xocalı soyqırımı haqqında müvafiq video çarxlar nümayiş etdirilib.       

 

növbəti xəbər