2016-10-20
Azərbaycanın Müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb

Çexiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb. 
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.

növbəti xəbər əvvəlki xəbər