Ölkəyə səfər edənlər üçün praktiki arayış

Azərbaycan Respublikasının Çexiya Respublikasındakı konsulluq şöbəsinin ünvanı:

Na Zatorce 783/17

16000 Praha 6 – Bubenec

Czech Republic

Tel. +420 246 032 424

Fax. +420 246 032 423

Email: consul@azembassy.cz

İki tərəfli viza rejimi

Azərbaycan Respublikasının və Çexiya Respublikasının vətandaşları üçün bütün növ vizaların  rüsumu 35 avro təşkil edir. Diplomatik pasportlara malik olan şəxslər vizadan azad edilərək, sərbəst, yəni vizasız Çexiyaya səfər edə bilərlər. Çox dəfəlik turizm vizası əldə edən şəxslər və yaxud diplomatik pasport daşıyıcıları 180 gün ərzində 90 günədək Çexiyanın ərazisində qala bilərlər.

Çexiyaya qonşu olan ölkələr (Almaniya, Polşa, Slovakiya, Avstriya) Şengen zonasına daxil olduğuna görə həmin ölkələrə səfər etmək üçün Şengen vizası kifayətdir.

Ölkəyə giriş (o cümlədən aparılan ev heyvanları) üçün sanitar qaydalar

AI-nin №745/2004 qərarına əsasən ət və süd məhsullarının Çexiya Respublikasına idxalı qadağandır. Çexiya Respublikasının gömrük qaydalarına görə fitosanitar nəzarəti tələb edən (Fərman №215/2008 Coll.) və idxal üçün qadağan olan məhsullar var (Fərman №215/2008 Coll.)

Quşların idxalına yalnız Praqa beynəlxalq hava limanı vasitəsilə icazə verilir. Ev heyvanları (pişiklər, itlər) idxalı yalnız sanitar nəzarəti olan hava limanı vasitəsilə mümkündür. Heyvanların identifikasiya vasitəsi (mikroçip və ya döydürmə) və baytarlıq sertifikatı olmalıdır. Sertifikatda heyvan haqqında məlumat, etibarlı quduzluq peyvəndi haqqında qeyd;  qurdlara (echinococcosis) qarşı preparatlar haqqında qeyd; quduzluğa qarşı anticisim təhlilinin nəticələri olmalıdır. 

İkitərəfli nəqliyyat imkanları

Bakı şəhərindən Praqaya həftənin hər 1-ci və 5-ci günləri birbaşa hava uçuşları həyata keçirilir. Uçuş müddəti 4 saat təşkil edir.

Ölkədə qalma və yerdəyişmə qaydaları

Turist vizası əsasında 90 gündən artıq qalmaq olmaz. Uzunmüddətli viza (90 gündən artıq) Çexiya universitetlərində oxuyan tələbələr, müqavilə üzrə işləyən işçilər, iş adamları, Çexiya Respublikasında fəaliyyat göstərən şirkətlərin təsisçiləri və rəhbərləri ala bilər.

Uzunmüddətli viza ilə Çexiya Respublikasına gələn əcnəbilər üç gün ərzində “Xarici polisdə” qeydiyyatdan keçməlidir. Qeydiyyata düşmək üçün bu sənədlər tələb olunur:

- Pasport viza ilə:

- Çexiya Respublikasında yerləşən sığorta şirkətindən tibbi sığortası;

- Kirayə müqaviləsi (və ya müəyyən bir ünvanda yerləşən evin sahibindən yaşamağa dair icazə);

- İki fotoşəkil.
Öz şirkətinizə məxsus olan evdə qeydiyyata düşmək üçün əlavə olaraq Ticarət Məhkəməsindən şirkətin Çexiya Respublikası ərazisində fəalliyyət göstərməsi haqqında çıxarış və Daşınmaz Əmlakın Kadastrınnan əmlakın sahibliyi haqqında çıxarış əlavə etmək lazımdır.  

Yaşayış ünvanınızı dəyişdirdiyiniz halda 30 gün ərzində “Xarici polisə” bildirməlisiniz.

Ölkədə gömrük qaydaları (fərdi şəxslər üçün ölkəyə idxal etmə məhdudiyyətləri)

Çexiya Respublikasına gələrək gömrükdən 10.000 avroyadək  (və ya onun ekvivalenti) vəsaiti bəyannaməsiz keçirmək olar.

Hava yolu ilə gələnlər Çexiya Respublikası ərazisinə gətirilən şəxsi istifadə üçün aşağıdakı malların gömrük rüsumları, ƏDV və aksiz vergisindən azad edilir:

Sərnişinin 17 yaş və ya 17 yaşdan yuxarı olmadığı şərti ilə:

  • 200 siqaret və ya 100 cigarillo (çəkisi 3 qramdan çox olmamaq şərti ilə.), və ya 50 siqar və ya 250 qram tütün.
  • Tərkibində 22%-dən çox alkoqol olan spirtli içki – 1 litr
  • Tərkibində 22%-dən az alkoqol olan içkilər və aperitivlər, şampan və likyorlar – 2 litr
  • Əlavə olaraq 4 litr şərab və ya 16 litr pivə gətirmək olar

Ətir: 50ml ətir və ya 250ml odekolon.

Dərmanlar:  Vizada göstərilmiş müddətə qədər bəs edən miqdarda dərman.