2016-04-21
Azərbaycanın Çexiyadakı səfirliyi Praqada keçirilən İslam ölkələrinin mədəniyyət və incəsənət sərgisində iştirak edib

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin iştirakı ilə 21 aprel 2016-cı il tarixində Praqada İslam ölkələrinin mədəniyyət və incəsənətinə həsr edilmiş "Müxtəlif ölkələrin ornamentləri" başlığı altında sərginin açılış mərasimi keçirilib.

Sözügedən tədbir Çexiyanın Avropa Parlamentindəki deputatı Yan Zahradil, Praqanın 6-cı rayonunun meri Ondrey Kolaj, və Çexiya Ticarət Palatasının sədri Vladimir Dlouhinin himayəsi altında təşkil edilib.

Sərgidə digər ölkələr ilə yanaşı, Azərbaycana məxsus xalçaçılıq və rəssamlıq sənətinə aid nümunələr nümayiş etdirilib və sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin iştirakı ilə keçirilən sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş İslam ölkələrinin diplomatik nümayəndəliklərinin başçıları, habelə Çexiyanın dövlət qurumları və yerli ictimaiyyəti təmsil edən nümayəndələr sərgiyə təşrif buyurub. 

Sərgi 1 may 2016-cı il tarixinə qədər davam edəcək.

növbəti xəbər əvvəlki xəbər