2016-05-04
Çexiyada E15 Český export jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxlışı dərc edilib

Çexiya Xarici işlər nazirliyi və Czech Trade qurumunun dəstəyi ilə Çexiyada tanınmış E15 elektoron kütləvi informasiya vasitəsinə məxsus Český export jurnalının Azərbaycana həsr edilmiş 2016-cı ilin may ayı üçün xüsusi buraxlışı dərc edilib.

Buraxılışda Azərbaycanın inkiaf etməkdə olan iqtisadiyyatı, əlverişli biznes mühiti, həyata keçirilən layihələr haqqında məlumat verilib. Habelə xüsusi arxitektur layihələri, modern üslubda inşa edilən binalara diqqət çəkilərək, bunun Azərbaycanın inkişafının bariz nümunəsi olduğu vurğulanıb.        

Xüsusi buraxılışda eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi böyük idman yarışları və digər tədbirlər haqqında ətraflı məlumat verilib, bu tədbirlərin yüksək səviyyədə və müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub. Xüsusilə ilk dəfə olaraq Azərbaycanda keçirilmiş Bakı Avropa Oyunlarının müvəffəqiyyəti haqqında məlumat verilib və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan Formula-1 yarışlarının da uğurla keçirilməsi üçün görülmüş işlərdən bəs olunub.

Çexiya Xarici işlər nazirliyi və Czech Trade qurumunun dəstəyi ilə dərc edilmiş sözügedən jurnal Çexiyanın dövlət qurumları, ali təhsil müəssisələri və digər yerli təşkilatlar arasında paylanılıb.

növbəti xəbər əvvəlki xəbər