2016-05-07
Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyinin töhvəsi ilə 6-7 may 2016-cı il tarixində Praqada "Nə? Harada? Nə zaman?" ("Что? Где? Когда?") tanınmış televiziya intellektual oyununun "Büllur Golem" "Хрустальный Голем 2016" adlı ənənəvi turniri təşkil edilib.

Turnir üzrə keçirilən yarışlar başa çatdıqdan sonra, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev turnir iştirakçıları qarşısında çıxış edərək qalibləri təbrik edib və növbəti turnirlərdə müvəffəqiyyət və uğurlar arzu edib. Daha sonra səfir F.Şəfiyev turnir qaliblərini medallar və Azərbaycan səfirliyi adından təqdim olunan mükafatlar ilə təltif edib.

Turnirdə müxtəlif ölkələr ilə yanaşı Azərbaycan intellektuallarından ibarət komandalar iştirak edib. Keçirilən yarımfinal və final oyunları nəticəsəində Azərbaycandan turnirə qatılmış Faiq Hüseynovun komandası intellektual oyunun mükafatçıları sırasında yer alıb.   

növbəti xəbər əvvəlki xəbər