2016-11-22
Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş ziyafət təşkil edilib

 22 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş ziyafət təşkil edilib. Ziyafətdə xüsusi qonaqlar qismində Çexiya Parlamentinin Deputatlar Palatasının sədri və Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek, Deputatlar Palatasının sədr müavini Voytex Filip, Çexiya Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Hınek Kmoniçek, habelə Çexiya XİN-in yüksək səviyyəli rəsmiləri, deputat və senatorlar iştirak edib.   

Ziyafətdə ilk öncə çıxış edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan Respublikasının əldə etdiyi müstəqillik və ölkəmizin qazandığı nailiyyətlər haqqında bəhs edib. Səfir həmçinin Çexiya-Azərbaycan münasibətləri haqqında söhbət açıb, iki ölkə arasında əlaqələrin yüksələn xətt ilə inkişaf etdiyindən məmnun qaldığını dilə gətirib.

Daha sonra çıxış edən Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek səfir Fərid Şəfiyevin qismində müstəqilliyin ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha inkişafına və dərinləşəcyinə ümidvar olduğunu bildirib.

Ziyafətin rəsmi hissəsi başa şatdıqdan sonra ziyafət iştirakçıları Azərbaycan mətbəxinin təamlarına qonaq olublar.       

növbəti xəbər əvvəlki xəbər