2017-04-20
Praqada "Nabat" filmi nümayiş etdirilib

20 aprel 2017-ci il tarixində Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Qafqaz: İnsanlar və müharibə kampaniyası çərçivəsində Praqanın məhşur Lucerna kinoteatrında Elçin Musaoğlunun rejissoru olduğu "Nabat" filmi nümayiş etdirilib. Filmin nümayişində yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib. Filmin nümayiş etdirildiyi zalın girişində Ermənistan-Azərbaycan münaqişəsinə dair kitab və broşürlər tamaşaçılara paylanılıb.

növbəti xəbər əvvəlki xəbər