2017-05-19
Səfir Fərid Şəfiyev Praqa Karl Universitetində “Azərbaycan tarixinin müasir dovru” mövzusunda mühazirə söyləyib

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiyanın əsas ali təhsil müəssisəsi olan Praqa Karl Universitetində “Azərbaycan tarixinin müasir dovru” mövzusunda mühazirə söyləyib. Mühazirə Çexiyadakı Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Karl Universitetinin Fəlsəfə fakültəsində keçirilən Azərbaycan tarixi kursları çərçivəsində təşkil edilib.

Mühazirə zamanı səfir Fərid Şəfiyev Azərbaycanın müasir tarixi, keçdiyi inkişaf yolu və xüsusilə Sovet İttifaqının dağılması ilə ölkəmizin əldə etdiyi müstəqllik və üzləşdiyi çətinliklər haqqında bəhs edib.

Azərbaycanlı diplomat parçalanmaq təhlükəsi qarşısında olan Azərbaycanın Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində təhlükədən qurtulduğunu və müstəqil dövlət quruculuğuna qədəm qoyduğunu qeyd edib, hazırkı Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə isə müstəqil Azərbaycanın öz uğurlu inkişaf yolunu müvəffəqiyyətlə davam etditdiyini diqqətə çatdırıb.

Səfir Fərid Şəfiyev həmçinin Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti və onun nəticələri haqqında bəhs edib. Azərbaycanın üzləşdiyi çağırış və təhlükələrə baxmayaraq, ölkəmizin həyata keçirdiyi enerji və infrastruktur layihələri haqqında tələbələrə məlumat verilib və Azərbaycanın regionda iqtisadi göstəricilərinə əsasən liderə çevrildiyi vurğulanıb.  

növbəti xəbər əvvəlki xəbər