2017-09-20
Çexiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi çərçivəsində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Cənubi Bohemiya regionuna səfər edib.

Səfər çərçivəsində Cənubi Bohemiya regionunun paytaxtı České Budějovice şəhərinin meri Jiří Svoboda səfir Fərid Şəfiyevi qəbul edib. Görüş ərzində Çexiyanın sözügedən regionu ilə əməkdaşlıq əlaqələrinin qurulması, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində maraq kəsb edən sahələrdə münasibətlərin inkişafı perspektivləri müzakirə olunub. Şəhər meri Jiří Svoboda ölkəmiz ilə regional əməkdaşlığın qurulmasına töhvə verməyə hazır olduğunu məmnunluqla qeyd edib.

Cənubi Bohemiya regionuna səfər çərçivəsində səfir Fərid Şəfiyev həmçinin Hluboká nad Vltavou şəhərinə səfər edərək, şəhərin meri Tomáš Jirsa ilə görüşüb. Görüş zamanı Hluboká nad Vltavou şəhəri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.

Rəsmi görüşlərlə yanaşı, səfir Fərid Şəfiyev Cənubi Bohemiya regionunun, ümumiyyətlə Çexiyanın süd məhsulları istehsalı sahəsində ən böyük müəssisələrindən olan "Madeta" fabrikinə səfər edib. Fabrikin icraçı direktoru Jan Teply səfir Fərid Şəfiyevi qəbul edərək, müəssisə haqqında ətraflı məlumat verib. Daha sonra səfir Fərid Şəfiyev "Madeta" fabrikinin istehsal prosesi və məhsulları ilə tanış olub.

növbəti xəbər əvvəlki xəbər