2017-05-05
Mayın 5-də IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda plenar sessiya keçirilib.

Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, mədəniyyətlərarası dialoq mühüm əhəmiyyət kəsb edən və yerində seçilmiş mövzudur. Sivilizasiyalar arasında mədəni körpülərin qurulması terrorizmin, ksenofobiyanın yarandığı bu çağda yeni düşüncələr üçün mühüm əsas yaradır. Hər bir dövlətdə qəbul edilən qanunun universal dili var. Yəni bu, o deməkdir ki, biz qanunlara riayət edərək istənilən bir ölkədə yaşaya bilərik. Cəmiyyəti birləşdirən qanundan sonra ikinci yerdə duran əsas prinsip isə demokratiyadır. Demokratik qaydalarda hökumətlərarası müqavilələr, dövlət başçılarının qərarları, parlamentlər tərəfindən qəbul edilən qanunlar öz əksini tapır. Bu, bizlərdə böyük bir məsuliyyət yaradır ki, bu mövqeyə düzgün riayət edək. Biz seçicilərimiz tərəfindən kifayət qədər səlahiyyətlər almışıq, ona görə də bundan səmərəli şəkildə istifadə etməliyik. Biz təkcə hökumət problemlərini həll etmirik, mədəniyyətimizi, bizi bir araya gətirən dəyərləri araşdırırıq. Bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var.

 

https://azertag.az/xeber/Sivilizasiyalar_arasinda_medeni_korpulerin_qurulmasinda_parlamentler_aparici_rola_malikdirler_VIDEO-1057503

növbəti xəbər əvvəlki xəbər