2018-01-19
Praqanın Luçerna sarayında 20 yanvar faciəsinin ildönümü qeyd olunub

19 yanvar 2018-ci il tarixində Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə  Praqanın məhşur Luçerna sarayında 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümü münasibətilə foto-sərgi təşkil edilib. Sərgi zamanı Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında bəhs edib. Habelə, Gürcüstan və Litvanın Çexiyadakı səfirləri tədbirdə iştirak edərək, sözügedən hadisələrlə bağlı öz fikirlərini bölüşüblər.

Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib.     

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq broşürlər, məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.    

növbəti xəbər əvvəlki xəbər