2018-06-12
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin təşəbbüsü ilə çexiyalı deputatlar və xarici ölkələrin səfirləri arasında Praqada futbol oyunu keçirlib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin təşəbbüsü ilə Çexiya Parlamentinin deputatları və bu ölkədə akreditə olunmuş xarici ölkələrin səfirləri arasında Praqada futbol üzrə dostluq görüşü keçirlib.

Futbol matçında səfir Fərid Şəfiyev ilə yanaşı, Çexiya Parlamentinin sədri Radek Vondraçek, Parlamentinin sədr müavini Yan Hamaçek, deputatlar, habelə İspaniya, Estoniya, Cənubi Koreya, İraq, Almaniya, Norveç, Hollandiya, Qazaxıstan, Çin, Nigeriya və digər ölkələrin səfirləri və diplomatları iştirak edib. 

əvvəlki xəbər