2018-07-12
Noyabrın 30-da “Caspian Energy Forum Prague– 2018” keçiriləcək

8-ci Beynəlxalq “Caspian Energy Forum Prague – 2018”də dünyanın 17 ölkəsindən 300-dən çox deleqat iştirak edəcək. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Forum Praque – 2018” Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin və Caspian European Club-un dəstəyilə 2018-ci il noyabrın 30-da təşkil olunacaq.

““Caspian Energy Forum Prague – 2018”in deleqatları arasında nazirliklərin, Avropanın dövlət və biznes qurumlarının rəhbərləri, Avropa Komissiyasının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin, Çex Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb”, - deyə Telman Əliyev bildirib. 

“Caspian Energy forum Prague – 2018”in təşkilini yüksək qiymətləndirən  Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, uzun illər ərzində Çexiya ilə Azərbaycan arasında təkcə neft deyil, həm də qeyri-neft sahəsində ikitərəli sıx əməkdaşlıq formalaşıb. Səfir Fərid Şəfiyev bu forumun ticarət mübadiləsinin daha da artımına, sahibkarlar arasında əlaqələrin qurulmasına, investisiya cəllbinə və yeni müəssisələrin yaranmasına xidmət edəcəyinə ümidini ifadə edib.

O, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır. 

Telman Əliyev əlavə edib ki, http://www.caspianenergyforum.com linki vasitəsilə forumun proqramı və iştirakla  bağlı ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək mümkündür.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və  Caspian Asian Clubdünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

 Caspian European Club, Caspian American Club və  Caspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Həmçinin Caspian Energy Forum Prague - 2018-in keçirilmə tarixinə təsadüf edən Caspian Energy jurnalının xüsusi nömrəsi işıq üzü görəcək.

Caspian Energy dünyanın 70 ölkəsində yayılır.  19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.

 Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club, Caspian American Club və  Caspian Asian Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-mail: rating@caspianenergy.org

www.caspianenergy.org;

əvvəlki xəbər