2019-02-25
Praqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

24 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Praqanın mərkəzi Staromestske meydanında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Azərbaycan Tələbə təşkilatının sədri Eldar Vəliyev tədbirə toplanmış yerli sakinlər, gənclər və Azərbaycan icmasının üzvləri qarşısında çıxış edərək, 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. 
 
Çıxışdan sonra Xocalı soyqırımının qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib və şamlar yandırılıb. Çex skripkaçı Yiri Yelinekin ifasında Xocalı soyqırımının qurbanlarının xatirəsinə müxtəlif əsərlər səsləndirilib. 
 
Tədbirdən sonra “Caspian” restoranında faciədə həlak olmuş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.photo 1

photo 2

photo 3

növbəti xəbər əvvəlki xəbər