2020-08-12
Cari ilin 24 iyul tarixində Çexiyadakı erməni diasporunun nümayəndələri Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin önündə aksiya keçirmişdir

Bu aksiyaya cavab olaraq Çexiyada yaşayan həmvətənlərimiz tərəfindən də səfirliyin önündə Azərbaycan dövlətinə və ordumuza dəstək;məqsədilə eyni saatda aksiya təşkil olunmuşdur. Aksiyada iştirak edən200-dən çox həmvətənimiz vətənə bağlılıqlarını bir daha göstərmiş,;Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan xalqının və dövlətinin yanında olduğunu, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək bu müqqədəs amal uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını nümayiş etdirmişlər.Praqadakı Türk Gənclər Təşkilatının 15 üzvü və Türkiyənin Praqadakı səfiri  Egemen Bağış da tədbirə qoşularaq Azərbaycanın haqq işinə dəstəyini bildirmişlər. Sonra səfirlik binasının önündə toplanmış azərbaycanlıların şəhərin tarixi mərkəzindəki Staromestska meydanına hərəkəti təşkil edilmiş,
Azərbaycan ordusuna dəstək aksiyası burada da davam etdirilmişdir.Tədbir zamanı xalqımıza, dövlətimizə və ordumuza dəstək şüarları səsləndirilmişdir.

əvvəlki xəbər