İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
İkitərəfli münasibətlərə dair
  • Diplomatik münasibətlərin qurulması:

Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur.

 

  • Səfirliklərin təsis olunması: 

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi 15 avqust  2007-ci ildə təsis olunmuşdur.

Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 dekabr 2009-cu ildə təsis olunmuşdur.

 

  • Ali və yüksək səviyyəli səfərlər:

Ali səfərlər

21-22 noyabr 2002-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin işgüzar səfəri (NATO-nun Praqa Sammiti)

6-9 may 2009-cu il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işgüzar səfəri (Şərq Təfdaşlığının Praqa Sammiti)

16-19 may 2011-ci il, Çex Respublikasının Prezidenti cənab Vatslav Klausun rəsmi səfəri

4-6 aprel 2012-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət səfəri 

24-25 aprel 2014-cü il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işgüzar səfəri (Şərq Təfdaşlığının Praqa Sammiti)

15-17 sentyabr 2015-ci il, Çex Respublikasının Prezidenti cənab Miloş Zemanın rəsmi səfəri

6-7 oktyabr 2022-ci il, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işgüzar səfəri (Avropa Siyasi Birliyinin Zirvə Toplantısı)

 

Baş nazirlər

13-14 fevral 2009-cu il, Çex Respublikasının Baş naziri Mirek Topolanekin işgüzar səfəri

 

Parlament sədrləri

23-25 sentyabr 2009-cu il, Çex Respublikası Parlamentinin Senatının sədri cənab Prşemısl Sobotkanın rəsmi səfəri

4-6 dekabr 2014-cü il, Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədovun rəsmi səfəri

11-14 iyun 2015-ci il, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri cənab Yan Hamaçekin işgüzar səfəri (I Avropa Oyunlarının açılış mərasimi)   

13-15 mart 2016-cı il, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri cənab Yan Hamaçekin rəsmi səfəri   

15-17 may 2019-cu il, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri cənab Radek Vondraçekin rəsmi səfəri

30 noyabr-2 dekabr 2023-cü il, Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın rəsmi səfəri  

1-2 fevral 2024-cü il, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri xanım Marketa Pekarova Adamovanın rəsmi səfəri

 

Xarici işlər nazirləri

3-5 iyul 2008-ci il, Çex Respublikasının xarici işlər naziri cənab Karel Şvartsenberqin rəsmi səfəri

10-11 dekabr 2008-ci il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun rəsmi səfəri

13-14 may 2010-cu il, Çex Respublikasının xarici işlər naziri cənab Yan Kohoutun rəsmi səfəri

5 mart 2012-ci il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun işgüzar səfəri (Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü)

3 iyun 2014-cü il, Çex Respublikasının xarici işlər naziri cənab Lubomir Zaoralekin rəsmi səfəri

3-4 may 2016-cı il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun işgüzar səfəri (Vışeqrad Qrupu və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü)

29 sentyabr-01 oktyabr 2021-ci il, Çex Respublikasının xarici işlər naziri cənab Yakub Kulhanekin işgüzar səfəri 

22-23 aprel 2024-cü il, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun rəsmi səfəri

 

  • Hökumətlərarası Komissiya

“Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır.

Hökumətlərarası Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən - iqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov, Çexiya tərəfindən - sənaye və ticarət nazirinin müavini cənab Petr Treşnak.

Komissiyanın bu günədək 5 iclası keçirilmişdir. Sonuncu iclası 2-3 mart 2023-cü ildə Praqada keçirilmişdir. 

 

  • Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Parlamentlərarası qrupun rəhbəri cənab Elnur Allahverdiyevdir.

Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Parlamentlərarası qrupun rəhbəri cənab Yan Kubikdir.

 

  • Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında 30 sənəd imzalanmışdır. Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri çərçivəsində 15 sentyabr 2015-ci ildə “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.

 

  • Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ticarət dövriyyəsi

(milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

98

512

610

414

2013

89

216

305

127

2014

46

592

638

546

2015

58

550

608

492

2016

66

214

280

148

2017

108

556

664

448

2018

107

938

1045

831

2019

56

647

703

591

2020

46

227

273

181

2021

43.7

263.7

307.4

220

2022

67.4

922.1

989.5

854.7

2023

83

684.2

767.2

601.2

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

İxracda əsas məhsullar: neft və neft məhsulları, elektrotexniki avadanlıqlar və s. 

İdxalda əsas məhsullar: nəqliyyat vasitələri və hissələri, elektrotexniki avadanlıqlar, şüşə və kimyəvi məhsullar və s.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti