Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!
Azərbaycan Respublikasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əmək məqsədilə birdəfəlik adi giriş vizası rəsmliləşdirilir.
“Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli, 214 saylı Qərarına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi icazə əldə etmək üçün yalnız Azərbaycan Respublikasına gələndən sonra müvafiq dövlət orqanlarına müraciət edə bilər.
Viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər (rəsmi, tranzit, turizm və şəxsi səfərlər istisna olmaqla):
Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin konsulluq şöbəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
-
https://visaapplication.mfa.gov.az/ portalı vasitəsi ilə onlayn qaydada ərizə anket doldurularaq çap edilir;
-
Pasport (əsli və surəti);
-
Ağ fonda 3x4 ölçüdə, son 6 ayda çəikilmiş fotoşəkil;
-
Dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz;
-
Qəbul və ya dəvət edən tərəfin dəvət məktubu.
Viza rəsmiləşdirilməsi üşün dövlət rüsumu:
(bank qəbzləri hər bir şəxs üçün ayrı-ayrıliqda olmalıdır)
Çex Respublikası və digər Aİ üzv ölkələrinin vətəndaşları üçün:
birdəfəlik giriş vizası: 35 avro
çoxdəfəlik giriş vizası 35 avro
Digər ölkələrin vətəndaşları üçün:
birdəfəlik giriş vizası: 20 USD
çoxdəfəlik giriş vizası 350 USD
Səfirliyin bank hesabı:
Raiffeisen Bank
5011025441/5500 EUR/USD
IBAN: CZ76 5500 0000 0050 1102 5441
SWIFT: RZBCCZPP
*** Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 25.3-cü maddəsinə əsasən:
RƏSMİ səfər vizasının rəsmiləşdirilməsi üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası tələb olunur.
*** Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 30.1-ci maddəsinə əsasən:
ŞƏXSİ səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız əməkçi miqrantın və təhsil alan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) "NOTARİAT QAYDADA TƏSDİQ EDİLMİŞ DƏVƏT MƏKTUBU" əsasında verilir.
Tranzit,Turizm, Rəsmi və Şəxsi məqsədli vizalar istisna olmaqla başqa bütün məqsədli vizalar nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin dəvətnamə ərizəsi (nümunəsi əlavə olunur) əsasında verilir.
Diqqət! Pasportunun etibarlıq müddətinin bitməsinə 3 aydan az müddət qaldığı təqdirdə viza rəsmiləşdirilmir.