1 iyun tarixində Çexiyanın Sənaye və Ticarət Nazirliyində “Şərq Tərəfdaşlığın (ŞT) iqtisadi və ticarət ölçüləri” adlı beynəlxalq konfransda Azərbaycanın Çexiyadakı səfiri F. Şəfiyev çıxış edib
1 iyun tarixində Çexiyanın Sənaye və Ticarət Nazirliyində “Şərq Tərəfdaşlığın (ŞT) iqtisadi və ticarət ölçüləri” adlı beynəlxalq konfrans keçirilib. Konfrans, Çexiya ixracatçılarını Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı ilə tanış etmək və bunun biznesə real təsirləri barədə məlumatlandırmaq məqsədi daşıyıb.
Çexiyanın sənaye və ticarət naziri Tomaş Hüner və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin Praqada akkreditə olunmuş səfirləri konfransın açılışında nitqlər söyləmiş, Şərq Tərəfdaşlığının əhəmiyyəti və əməkdaşlığının perspektivləri barədə fikirlər söyləmişlər. Səfir F. Şəfiyev çıxış edərək, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin mövcud durumu və perspektivləri, ŞT proqramı çərçivəsində əməkdaşlığın istiqamətləri, Azərbaycan-Aİ arasında enerji sahəsində əməkdaşlıq haqqında qeyd edib. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın ticarət və iqtisadi ölçüləri haqqında qeyd edərək, Səfir ŞT ölkələrində münaqişə ərazilərində qeyd qanuni iqtisadi fəaliyyətin qəbul edilməz olduğunu vurğulayıb və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Aİ-nin qlobal strategiyasına zidd olduğunu qeyd edib.
Tədbirin ikinci hissəsində ŞT ölkələrində uğurla fəaliyyət göstərən Çex şirkətlərinin nümayəndələri təqdimatla çıxış edərək, biznes təcrübələri və faydaları barədə qeyd ediblər. Azərbaycana aid hissədə biznes uğurları haqqında “EGT Logistics Solution” şirkəti və Çexiyada təsis edilən Azərbaycan-Avropa Ticarət Palatasının prezidenti David Şnasel öz biznes təcrübələri ilə bölüşmüşlər.