news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 noyabr -0001

12 dekabr tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Anım Mərasimi keçirilmişdir.

 COVİD-19 pandemiyası səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin əməkdaşlarının və bəzi diaspora üzvlərinin iştirakı ilə baş tutmuşdur.

Səfir Adış Məmmədov çıxış edərək Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi misilsiz xidmətlərindən danışmış, Heydər Əliyevin dövlətçilik ideyalarının təkcə dünənin və bu günün deyil, gələcək Azərbaycanın da əsasını təşkil etdiyini bildirmişdir.

Səfir builki Anım mərasimini Azərbaycan xalqı tamam başqa bir statusta,ərazilərini erməni işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edən qalib əsgərin, qalib Ali Baş Komandanın qalib xalqı kimi qeyd etdiyini bildirdi və bu möhtəşəm qələbənin Heydər Əliyevin dövlətçilik siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladı.

Vaxtilə işğalda olan torpaqlarımızın azad edilməsi Ulu Öndərin də ən böyük arzusu olduğunu bildirən səfir, bu arzunu Ali Baş Komandan Prezident İlham Əliyevin həyata keçirdiyini, bu gün bütün Azərbaycan xalqı kimi,Ulu Öndərin də ruhunun şad olduğunu qeyd etdi. Sonda Ümummilli Liderin xatirəsi ehtiramla anılaraq,portretinin önünə gül dəstələri düzülüb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti