26 fevral tarixindəPraqada yaşayan azərbaycanlı gənclər Çex Parlamentinin Deputatlar Palatasının qarşısında “Xocalıya Ədalət” şüarı altında səssiz aksiya keçirmişlər
Çexiyada yaşayan azərbaycanlılar adından aksiya iştirakçıları Çex Parlamentinə müraciət (əlavə olunur) təqdim etmişlər. Müraciətdə 7 fevral 2013-cü ildə Parlamentin Deputatlar Palatası tərəfindən Xocalı Qətliamı ilə bağlı qəbul edilmiş qətnamayə görə Çex Parlamentinə təşşəkkür bildirilmiş və dinc azərbaycanlılara qarşı qətliam törədənlərin ədalət məhkəməsində mühakimə olunmasında Parlamentdən dəstək istənilmişdir.