news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2019

9 may 2019-cu il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Çexiyanın Karl Universitetinin Fəlsəfə Fakültəsinin tələbələrinə Azərbaycanın müasir tarixi barədə mühazirə oxuyub.

F.Şəfiyev çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra izlədiyi daxili və xarici siyasət, ölkəmizdə baş verən islahatlar və həyata keçirilən layihələr haqqında tələbələrə geniş məlumat verib. O, həmçinin ölkəmizin qonşu dövlətlərlə, Avropa İttifaqı və Çin ilə olan iki tərəfli münasibətləri haqqında çıxış edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin və enerji mənbələrinin şaxələndirilməsinin təmin olunmasında oynadığı mühüm rola toxunaraq, yaxın gələcəkdə “TAP” layihəsinin istismara verilməsindən sonra tərəflər arasında əlaqənin daha da inkişaf edəcəyini bildirib. F. Şəfiyev tələbələrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  və onun həlli yolları haqqında məlumat verib.Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti