5 noyabr 2020-ci il tarixində səfir Adış Məmmədov Çex Respublikasının Xarici İşlər naziri cənab Tomaş Petrşiçeklə görüşmüşdür.
Görüşdə Azərbaycan-Çexiya ikitərəfli və çoxtərəfli əlaqələri, Qafqazın təhlükəsizlik problemi, Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi və Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatı geniş şəkildə müzakirə olundu.