Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində 20 yanvar faciəsinin ildönümü qeyd olunub
Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində 1990-cı ilin 20 yanvar faciəsinin ildönümü münasibətilə dəyirmi masa formasında nahar yeməyi təşkil edilib. Tədbirdə Çexiyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çexiya rəsmi qurumlarının və ictimaiyyətinin təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev 20 yanvar faciəsi haqqında məlumat verərək, Sovet qoşunlarının Bakıya müdaxiləsi və törətdiyi qətliam haqqında söhbət açıb. Səfir F.Şəfiyev sözügedən faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib və ölkəmizdə faciə qurbanlarının əziz xatirəsinin hər il böyük ehtiramla yad edildiyini diqqətə çatdırıb.