news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 sentyabr 2024

Azərbaycan və Çexiya XİN müavinləri arasında Praqada görüş keçirilib

Praqada keçirilən ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində 12 sentyabr 2024-cü il tarixində təşkil olunmuş “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” adlı yan tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı cənab Yalçın Rəfiyev iştirak və çıxış etmişdir.   
 
Həmin gün Çexiya Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev ilə Çex Respublikası xarici işlər nazirinin müavini cənab Yan Marian arasında ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) hazırlıq prosesi, Azərbaycan-Çexiya ikitəfəfli münasibətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti