Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın Çexiyadakı Səfirliyində “Əli və Nino” haqqında təqdimat keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Çexiyada keçirilən silsilə tədbirlər çərçivəsində 13 aprel 2018-ci il tarixində Azərbaycanın Çexiyadakı Səfirliyində “Əli və Nino” haqqında təqdimat keçirilib.
Azərbaycanın Çexiyadakı Səfiri Fərid Şəfiyevin xanımı Ülkər Şəfiyevanın dəvəti ilə Praqada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımlarını özündə birləşdirən Praqa Diplomatların Həyat Yoldaşları Assosisiyasının üzvləri tədbirdə iştirak edib.
Azərbaycanın Çexiyadakı Səfiri Fərid Şəfiyev çıxış edərək, “Əli və Nino” əsəri, əsərin müəllifi, süjet xətti və bu müstəvidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 20-ci əsrin əvvəllərindəki proseslər və sonrakı dövrlərdə baş verən tarixi hadisələr haqqında ətraflı məlumat verib. Çıxış bitdikdən sonra “Əli və Nino” əsəri ilə bağlı müzakirələr davam edib və Azərbaycan səfiri iştirakçıların suallarını cavablandırıb.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqların şərəfinə Azərbaycan mətbəxinin təamlarından ibarət nahar ziyafəti verilib.