news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 may 2016

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiya Parlamentində keçirilmiş konfrans zamanı səsləndirilmiş islamafobiya xarakterli fikirlərə qarşı çıxış edib

18 may 2016-cı il tarixində Çexiya Parlamentinin Deputatlar Palatasının xarici işlər komitəsinin himayəsi altında təşkil edilmiş "Biz İslamdan qorxmalıyıqmı?" başlığı altında keçirilən konfransda bir sıra İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri, habelə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev  İƏT Praqa qrupu kvartetinin üzvü qismində iştirak edib.

Konfransın keçirilməsində məqsəd Avropada müsəlman icmalarının problemlərinin müzakirəsi və həll yollarının tapılması ideyası olsa da, bəzi içtirakçılar islamafob xarakterli çıxışlar edib. Çexiyalı natiqlərdən biri çıxışında İslamın nasist ideologiyasına bənzər ideologiya olduğunu və terrora bərabər tutulduğunu qeyd edərək, İslamın məhv edilməsinə çağırış edib.

Sözügedən nifrət dolu və ksenofobiya xarakterli fikirlərə cavab olaraq, Azərbaycanın və Türkiyənin Çexiyadakı səfirləri etiraz çıxışları ediblər. Səfir Fərid Şəfiyev söz azadlığı ilə bir araya sığmayan, nifrətə əsaslanan çıxışların səsləndirilməsinə yol verdiklərinə görə konfransın təşkilatçılarını və iştirakcılarını kəskin tənqid edib. Səfir F.Şəfiyev xüsusilə, İslam dini adından törədilən terror aktlarının İslamla eyniləşdirilməsinin yalnış olduğunu qeyd etməklə bərabər, tədbir iştirakçılarının diqqətini erməni təşkilatlarına və ya qruplaşmalarına məxsus terroçuların Türkiyədə və Azərbaycanda törətdikləri terror aktlarına cəlb edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti