Azərbaycanın Çexiyadakı Səfirliyində seçki məntəqəsi açılıb
11 aprel 2018-ci il tarixində Azərbaycanın Çexiyadakı Səfirliyində Azərbaycan Respublikası Prezidentinin seçkiləri üçün 16 saylı Yasamal ikinci seçki dairəsinin 36 saylı seçki məntəqəsi açılıb.
Səsvermə prosesinin başladığı andan etibarən seçki məntəqəsində normal seçici fəallığı müşahidə olunur.
Səfirlikdə yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı Çexiyada yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan seçki hüququna malik Azərbaycan vətəndaşları səs verirlər. Səsvermə saat 19.00-da başa çatacaq.