Azərbaycanın Karlovı-Varı şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş qolf turniri keçirilib.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan səfiri Fərid Şəfiyev və fəxri konsul Fəxrəddin Mirzəyev Ümummilli lider Heydər Əliyevin xatirəsi və xalqımız qarşısındakı xidmətləri barədə söhbət açmışlar.