Bakıda keçirilən 2017 İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Praqada tədbir təşkil olunub
Bakıda keçirilən 2017 İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən 12 may 2017-ci il tarixində Praqada tədbir təşkil olunub.
İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupunda təmsil olunan səfirlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna 2017-ci ildə sədrlik edən Fərid Şəfiyev çıxış edib. Səfir Fərid Şəfiyev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd edib və ölkəmizin İslam dəyərlərinin irəlilədilməsi istiqamətində atdığı addımlar barədə söhbət açıb.