news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 iyul 2017

Cari ilin 14 iyul tarixində Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnmiş erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz əlaməti olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilmişdir.

Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar,  Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olmuş,  azərbaycanlılar  tərəfindən keçirilmiş etiraz aksiyası zamanı Ermənistan Səfirliyi də öz ərazisində təxribat xarakterli nümayişlər etmişdir. Bu təxtibat  azərbaycanlılar tərəfindən qəti pislənərək, etiraz edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti