Çex Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası
Prezidenti seçkilərində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin
edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində 16
saylı Yasamal ikinci seçki dairəsi üzrə 43 saylı seçki məntəqəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Çex
Respublikasında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan
18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları etibarlı ümumvətəndaş pasportu
ilə, pasport olmadığı təqdirdə isə etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə
bilərlər.
Səsvermə Səfirliyin Na Zátorce 783/17, Praha 6, ünvanında yerləşən inzibati
binasında baş tutacaq və saat 08:00-dan başlamaqla 19:00-ə qədər davam edəcəkdir.
Əlavə suallarla bağlı Səfirliyin aşağıdakı əlaqə vasitələri ilə müraciət etməyiniz xahiş olunur:
Telefonlar: + 420 246032422; + 420 246032424.
Elektron poçt ünvanları: prague@mission.mfa.gov.az; consul@azembassy.cz
Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi