12 iyun tarixində səfir A. Məmmədov Liditse qurbanlarının anım mərasimində iştirak etmiş, qurbanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşdur.
Qeyd edək ki, 1942-ci ildə faşist almaniyası Liditse qəsəbəsində qətliam törədərək yüzlərlə günahsız insanı qətlə yetirmişdir. Düz 50 il sonra, 1992-ci ildə erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhəri darmadağın edilmiş və əhalisi qətliama məruz qalmışdır. Aralarında min kilometrlərlə məsafə və yarım əsrlik zaman kəsiyi olmasına baxmayaraq, eyni acı taleyi yaşayan şəhərlər və insanlar.....