news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2017

Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş həvəskarlar arasında beynəlxalq şahmat turniri keçirilib.

Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin təşkilatçılığı, “City Building” təşkilatının sponsorluğu və “Elson Grand” təşkilatının dəstəyi ilə Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş həvəskarlar arasında artıq 3-cü il keçirilən ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub. Turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib. Turnir başa çatdıqdan sonra qaliblər müvafiq hədiyyələrlə təltif edilib.

Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər turnir iştirakçıları arasında paylanılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti