İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Çexiya Respublikası (1992-ci il 31 dekabr tarixinədək Çexoslovakiya Respublikası) Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 2005-ci il 11 mart tarixində Azərbaycanın Çexiyada səfirliyinin təsis olunmasına dair qanun qəbul etmişdir. Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin açılış mərasimi 2007-ci il avqustun 15-də olmuşdur. Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi 2009-cu il dekabrın 1-də təsis edilmişdir.
- İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası, əsas ikitərəfli müqavilə və sazişlər
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çexiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. 27 fevral 1996-cı il, Bakı.
- Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya. 24 noyabr 2005-ci il Praqa.
- Azərbaycan Respublikası Vergilər Nazirliyi və Çexiya Respublikası Maliyyə Nazirliyi arasında Vergi Administrasiyasının fəaliyyəti sahəsində əməkdaşlığa dair Saziş. 11 sentyabr 2007-ci il, Bakı.
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Respublikasının Ətraf Mühit Nazirliyi arasında Ətraf mühitin mühafizəsi sahəsində Əməkdaşlığa dair Memorandum. 25 sentyabr 2008-ci il, Bakı.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Çexiya Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum. 24 iyul 2009-cu il, Bakı.
- Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş. 30 oktyabr 2009-cu il, Bakı.
- Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş. 14 may 2010-cu il, Bakı.
- Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. 17 may 2011-ci il, Bakı.
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. 5 aprel 2012-ci il, Praqa.
- Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə. 15-17 sentyabr 2015-ci il, Bakı.
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çexiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. 15-17 sentyabr 2015-ci il, Bakı.
Əsas yüksək səviyyəli qarşılıqlı səfərlər
Dövlət başçıları
2002-ci il 21-22 noyabr
Prezident H.Əliyevin NATO-nun Praqadakı sammitində iştirak etmək məqsədilə işgüzar səfəri
2009-cu il 6-9 may
Prezident İ.Əliyevin “Şərq Tərəfdaşlığı” və Enerji sammitlərində iştirak etmək üçün işgüzar səfəri
2011-ci il 16-19 may
Prezident V.Klausun rəsmi səfəri
2012-ci il 04-06 aprel
Prezident İ.Əliyevin dövlət səfəri
2014-cü il 24-25 aprel
Prezident İ.Əliyevin Şərq Tərəfdaşlığı üzrə Yüksək Səviyyəli iştirak etmək üçün işgüzar səfəri
2015-ci il 15-17 sentyabr
Prezident M.Zemanın rəsmi səfəri
Hökumət başçıları
2009-cu il 13-14 fevral
Baş nazir M.Topolanekin işgüzar səfəri
Parlament sədrləri
2009-cu il 23-25 sentyabr
Parlament Senatının sədri P.Sobotkanın səfəri
2014-cü il 4-6 dekabr
Milli Məclisin sədri O.Əsədovun səfəri
2015-ci il 10 iyun
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin Bakıda keçirilmiş Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfəri
2016-cı il 13 mart
Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri
2017-ci il 22-25 oktyabr
Senatın sədr müavini Yirji Şestakın səfəri
Nazirlər
2005-ci il 10-13 yanvar
Xarici işlər naziri E.Məmmədyarovun işgüzar səfəri
2005-ci il 24-25 noyabr
Vergilər naziri F.Məmmədovun səfəri
2008-ci il 3-5 iyul
Xarici işlər naziri K.Şvartsenberqin səfəri
2008-ci il 10-11 dekabr
Xarici işlər naziri E.Məmmədyarovun rəsmi səfəri
2009-cu il 25 fevral
Maliyyə naziri S.Şərifovun rəsmi səfəri
2009-cu il 23-25 iyul
Maliyyə naziri E.Yanotanın səfəri
2009-cu il 1-2 oktyabr
Müdafiə naziri M.Bartakın səfəri
2010-cu il 18-20 mart
Ədliyyə naziri F.Məmmədovun səfəri
2010-cu il 13-14 may
Xarici işlər naziri Y.Kohoutun səfəri
2012-ci il 5 mart
Xarici işlər naziri E.Məmmədyarovun işgüzar səfəri (Praqada keçirilmiş V4 (Vışeqrad Qrupu) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirak)
2014-cü il 2-3 iyun
Xarici işlər naziri L.Zaoralekin səfəri
2015-ci il 3-4 mart
Sənaye və ticarət naziri Y.Mladekin səfəri
2016-cı il 4 may
Xarici işlər naziri E.Məmmədyarovun işgüzar səfəri (Praqada keçirilmiş V4 (Vışeqrad Qrupu) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirak)
2016-cı il 18-21 oktyabr
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çexiya Respublikasına səfəri
2017-ci il 17 yanvar
Sənaye və ticarət naziri Yan Mladekin səfəri
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində 2011-ci il 8 aprel tarixində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun rəhbəri Valeh Ələsgərovdur.
Çexiya Respublikası Parlamentinin aşağı palatası olan Deputatlar Palatasında 2011-ci il 19 iyul tarixində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir. Qrupun rəhbəri Yan Hamaçekdir.
Çexiya Respublikası Parlamentinin yuxarı palatası olan Senatda 2012-ci il 24 may tarixində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır. Sözügedən qrup Deputatlar Palatasında fəaliyyət göstərən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkib hissəsidir.
2015-ci il 1 noyabr Milli Məclisə keçirilmiş seçkiləri müşahidə etmək üçün Çexiya Deputatlar Palatasının dörd deputatı V.Zemek, S.Berkovec, V.Snopek və M.Şarapatka ölkəmizə səfər etmişdir. Çexiya parlamentariləri seçkilərin tam demokratik, şəffaf şəkildə keçirildiyini və bütün beynəlxalq standartlara cavab verdiyini qeyd etmişlər.
2016-cı il 15 mart tarixində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Parlamenti Deputatlar Palatasının müdafiə komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, EAM barədə ətraflı məlumat vermişdir. Müdafiə sənayesi naziri Yavər Camalov da Çexiya Parlamentinin Deputatlar Palatasının müdafiə komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirmişdir.
2016-cı il 23-26 may tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Valeh Ələsgərovun rəhbərliyi altında nümayəndə heyətinin Çexiyaya səfəri həyata keçirilmişdir. Səfər ərzində Çexiya Parlamentinin Senatı və Deputatlar Palatasının sədrləri Milan Ştex və Yan Hamaçek ilə, həmçinin Çexiya Parlamentində təmsil olunan əsas partiyaların rəhbərləri, xarici işlər naziri Lubomir Zaoralek, ticarət və sənaye naziri Yan Mladek ilə ikitərəfli görüşlər keçirilmişdir.
2016-cı il 14-16 dekabr tarixlərində Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip Bakıda keçirilmiş GUAM Parlament Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
2017-ci il 23-26 aprel tarixlərində Milli Məclisin aqrar siyasəti komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi altında nümayəndə heyəti Çexiyaya səfər etmiş, səfər çərçivəsində Çexiyanın Deputatlar Palatasının sədr müavinləri Radek Vondraçek və Voytek Filip, Çexiya Senatının kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyat üzrə komitənin sədri Yan Hayda, Çexiya Parlamentinin kənd təsərrüfatı komitəsinin sədr müavini Ladislav Velebni və Çexiyanın Dövlət Aqrar Müdaxilə Fondunun (ÇDAF) direktor müavini Miloş İrovski ilə görüşlər keçirilmiş, həmçinin Çexiyanın aqrar sahəsində fəaliyyət göstərən “Petrovitse” təsərrüfat müəssisəsinə səfər edilmişdir.
2017-ci il 22-25 oktyabr tarixlərində Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ilə görüşlər keçirmişlər.
Sahələr üzrə əməkdaşlıq
Siyasi sahə:
XİN-lərarası məsləhətləşmələr:
2007-ci il 31 oktyabr - 2 noyabr
Xarici işlər nazirinin birinci müavini T.Poyarın səfəri
2008-ci il 23-24 may
Xarici işlər nazirinin müavini A.Əzimovun səfəri
2009-cu il 23-25 noyabr
Xarici işlər nazirinin müavini X.Xələfovun səfəri
2012-ci il 10-11 may
Xarici işlər nazirinin birinci müavini Y.Şnayderin səfəri
2015-ci il 18-20 may
Xarici işlər nazirinin birinci müavini P.Drulakın səfəri
2017-ci 14 avqust
Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşekin səfəri
İqtisadi sahə:
2011-ci il 14-15 noyabr
İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Qarışıq Komissiyanın ilk iclası Praqada keçirilmişdir
2014-cü il 25 aprel
İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Qarışıq Komissiyanın 2-ci iclası Bakıda keçirilmişdir
2015-ci il 10 sentyabr
İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 3-cü iclası Praqada keçirilmişdir.
2017-ci il 18 yanvar
Bakı Biznes Mərkəzində Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclası keçirilmişdir.
Ticarət dövriyyəsi 316.3 milyon ABŞ dollarından artıqdır. Ticarət dövriyyəsi hələ də ölkələrin real potensialına cavab vermir və hər iki tərəf bu vəziyyətin dəyişdirilməsi üçün birgə biznes forum, konfrans, iclas və yarmarkalar daxil olmaqla, bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində çalışır. 2017-ci il 18 yanvar tarixində Bakıda keçirilmiş Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclası zamanı əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlinmişdir.
2015-ci ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiyanın “Moraviya STEEL” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmiş, nəticədə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə podratçılar, Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanmış, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.
2016-cı il 28 yanvar tarixində səfir F. Şəfiyev Çexiyanın Pardubitse regionuna səfər etmişdir. Səfər zamanı Fərid Şəfiyev Parlamentin üzvü Vatslav Snopek və Pardubitse regionu Şurasının üzvü Lyudmila Navratilova ilə görüşmüş və Azərbaycanın bölgələri ilə sözügedən Çexiya regionu arasında əməkdaşlıq əlaqələrini müzakirə etmişdir. Daha sonra səfir F.Şəfiyev Pardubitse şəhərinin meri Martin Xarvat və şəhər şurasının digər rəsmiləri, habelə regionu təmsil edən sənaye, hərbi, ticarət, kənd təssərrüfatı şirkətlərinin nümayəndələri ilə görüş keçirmişdir. Səfir F.Şəfiyev həmçinin Pardubitse şəhərində fəaliyyət göstərən və Azərbaycan iqtisadiyyatı və sənayesi üçün maraq kəsb edə biləcək bir sıra çex şirkətlərinin ofislərini ziyarət etmiş, müvafiq şirkət rəhbərləri ilə danışıqlar aparmış və yerli istehsal şəraiti ilə tanış olmuşdur. Burada yerləşən mədən, kimya, tekstil, piqment və boyalar, pestsidlər və digər oxşar sahələr üzrə ixtisaslaşmış “Semtinzone” sənaye parkı və aidiyyəti şirkətlərin nümayəndələri ilə görüşlər keçirilmiş, “Semtinzone” sənaye parkı və “Sumqayıt Kimya Sənaye Parkı” arasında müvafiq əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunmuşdur.
2016-cı il 10 fevral tarixində Praqada Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin iştirakı ilə Azərbaycanda investisiya imkanları, iqtisadi və ticarət sahəsində əməkdaşlıq əlaqələrinə həsr edilmiş işçi səhər yeməyi formatında görüş təşkil edilmişdir. Çexiya Sənaye və Ticarət nazirliyi, Çexiya XİN, Çexiya İxracatın zəmanəti və sığortası cəmiyyətinin (EGAP) dəstəyi ilə təşkil edilən görüşdə Çexiyalı dövlət qurumlarının nümayəndələri və müxtəlif şirkətlərin təmsilçiləri iştirak etmişlər.
2016-cı il 22-23 fevral tarixlərində səfir Fərid Şəfiyev Zlin regionuna səfər etmişdir. Səfər çərçivəsində Çexiyanın dövlət qurumları və iş adamlarının iştirakı ilə Azərbaycanda investisiya imkanları, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq əlaqələrinə həsr edilmiş görüşlər keçirmişdir. F.Şəfiyev Luxaçovitse şəhərində yerli İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Radomil Kop ilə görüşmüşdür. Fevralın 23-də, Fərid Şəfiyev Zlin Regionunun Səhiyyə üzrə vitse qubernatoru Lubomir Neças ilə görüşmüşdür.
2016-cı il 3 mart tarixində səfir F.Şəfiyevin iştirakı ilə Praqada "Azərbaycanda biznesin aparılması" başlıqlı seminar təşkil edilmişdir. Seminarın keçirilməsində məqsəd yerli çex şirkətlərinin Azərbaycana sərmaye yatırması imkanlarının təşviq edilməsindən ibarət olmuşdur. Seminarda Çexiya Sənaye və Ticarət nazirliyi, Çexiya İxracatın zəmanəti və sığortası cəmiyyəti (EGAP) və digər dövlət qurumlarının nümayəndələri, habelə müxtəlif şirkətlərin təmsilçiləri iştirak etmişlər.. Tədbirdə, ölkəmizdə fəaliyyət göstərən "Ekvita" vəkillər bürosunun nümayəndəsi Anar Kərimov "Azərbaycanda biznes mühitini tənzimləyən qanunvericilikdə yeniliklər" mövzusunda çıxış etmişdir.
2016-cı il 13-15 mart tarixlərində Çexiya Respublikasının Deputatlar Palatasının sədri cənab Yan Hamaçekin Azərbaycan Respublikasına rəsmi səfəri şərşivəsində Bakıda Azərbaycan və Çexiya iş adamları arasında keçirilmiş işgüzar görüşdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunmuşdur. Görüşdə hər iki tərəfdən turizm, sənaye, logistika, bank işi, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak etmişdir.
2016-cı il 2 noyabr tarixində Azərbaycan “Silk Way West Airlines” şirkəti Praqa şəhərinə xüsusi çarter reysləri vasitəsilə yükdaşıma üzrə ilk uçuşunu həyata keçirmişdr. Yaxın gələcəkdə Avropa və Çexiyaya yükdaşıma üzrə müntəzəm reyslərin təşkil edilməsini planlarınlaşdıran Silk Way şirkətinin həyata keçirdiyi həmin uçuş Çexiya tərəfindən böyük maraqla qarşılanmışdır. Yerli mətbuatda şirkətin Avropa və Asiya arasında yükdaşıma potensialından geniş şəkildə bəhs edilmişdir.
2016-cı il 16 noyabr tarixində səfir F.Şəfiyev Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyası”nın növbəti iclası 2017-ci ilin yanvar ayında Bakıda keçirilməsi məsələsini müzakirə edilməsi məqsədi ilə Çexiya sənaye və ticarət tazirliyinin İqtisadi siyasət departamentinin direktoru Martin Pospişil ilə görüş keçirmişdir. M. Pospişil həmin Qarışıq Komissiyasının növbəti iclasın 2017-ci ilin 17-19 yanvar tarixlərində Bakıda baş tutacağı təqdirdə, çex tərəfindən nazir müavini cənab Vladimír Bártlın müvafiq sənədləri imzalamaq səlahiyyətində olacağını bildirmişdir. Bundan əlavə, qarşı tərəf səfər çərçivəsində Azərbaycan Respublikası energetika nazirliyi ilə Çexiya sənaye və ticarət nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu ilə bağlı imzalanma səlahiyyətinin Çexiya sənaye və ticarət naziri Yan Mladekdə olduğunu və iki nazir səviyyəsində imzalanmasının nəzərdə tutulduğunu bildirmişdir.
Humanitar sahə:
Əsas saziş və müqavilələr:
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. 5 aprel 2012-ci il, Praqa.
- ”Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu. 5 aprel 2012-ci il, Praqa.
- M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum. 5 aprel 2012-ci il, Praqa.
2014-cü il üzrə əsas tədbirlər:
17 yanvar tarixində Səfirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) Çexiyadakı nümayəndəliyi ilə birgə Brno şəhərində 1990-cı il 20 yanvar qırğını ilə bağlı tədbir keçirilmişdir.
10 may tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Səfirliyin və Karlovı Varı şəhərindəki Fəxri Konsulluq tərəfindən təşkil olunmuş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qolf turniri keçirilmişdir
May ayının 15-18-də Səfirliyin dəstəyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz Praqada keçirilmiş 20-ci beynəlxalq kitab sərgisində təmsil olunmuşdur.
27 noyabr tarixində Praqada Çexiya Milli muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyi və Çexiya Respublikasının Milli Muzeyinin təşkilatçılığı və Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin dəstəyi ilə keçirilmişdir.
3 dekabr tarixində Praqanın Karl Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Səfirliyin iştirakı ilə “Azərbaycanın geologiya elmi Çexiyada” mövzusunda sərgi keçirilmişdir.
18 dekabr tarixində Ostrava şəhərinin Mədəniyyət nuzeyinin direktoru, tarixçi, alim- azərbaycanşünas David Mayer tərəfindən təşkil olunan “Od Alexandra k Tamerlanu” adlı sərginin açılış mərasimi keçirilmişdir.
2015-ci il üzrə əsas tədbirlər:
23 mart tarixində Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri cənab Yan Hamaçekin himayəsi altında və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin iştirakı və dəstəyi ilə Praqada "Azərbaycan foto-kameranın gözü ilə" adlı sərginin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Çexiya Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
5 may tarixində Praqada yerləşən Çarlz Universitetinə məxsus Karolinum galereyasında “Gənc Azərbaycan rəssamlar Praqanı salamlayır” adlı sərginin açılış mərasimi keçirilmişdir. Sərgi Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi, Çarlz Universitetinin nəzdindəki Azərbaycan və Xəzər araşdırmaları Mərkəzi və Gənclərin sosial-psixologi reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilmiş və mayın 7-nə qədər davam etmişdir. Sərgidə gənc rəssamların 80-ə yaxın əsəri nümayiş olunmuşdur.
8 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Praqada qala-konsert keçirilmişdir. Praqanın mərkəzində möhtəşəm konsert salonlarıdan biri hesab edilən “Narodni Dum”-un binasında təşkil edilmiş konsertdə Çexiyanın Parlament və dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyət və Azərbaycan icmasının çoxsaylı təmsilçiləri iştirak etmişdir.
12 may tarixində Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunmuşdur. Turnir Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı (Česko-Ázerbájdžánský Spolek, ČAS) və Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilmişdir. Turnirdə çex və Azərbaycanlı həvəskar şahmatçılar iştirak etmişdir. Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilmiş və səfir Fərid Şəfiyev tərəfindən qaliblərə müvafiq hədiyyə və sertifikatlar təltif edilmişdir.
14-18 may tarixlərində Səfriliyin dəstəyi və iştirakı ilə Praqada “Book World Prague 2015” (Svet Knihy) adlı XXI Beynəlxalq kitab sərgisi keçirilmişdir. Bu nüfuzlu tədbirdə Azərbaycanı AR-nın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyyəti təqdim etmişdir.
21 may tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev və Çexiya Olimpiya Komitəsinin mətbuat katibi Aleksandr Kliment çıxış etmiş, tədbir iştirakçılarına 1-ci Avropa Oyunlarına dair məlumat verilmişdir.
28 may tarixində Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi tərəfindən Praqada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edilib. Mərasim zamanı səfir Fərid Şəfiyev və Çexiya tərəfindən ali qonaq qismində Parlamentin Deputatlar Palatasının sədri və Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yan Hamaçek çıxış edib. Tədbirdə Çexiya dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, diplomatik korpusun təmsilçiləri, çex və Azərbaycan ictimaiyyətinin üzvləri iştirak edib.
İl ərzində Səfirliyin və Karl Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi”nin birgə təşkilatçılığı ilə Çexiya universitetləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqə təşkil edilmişdir.
2016-cı il üzrə əsas tədbirlər:
Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı ilə Praqanın Karl Universitetində “Müstəqilliyə aparan yol: Azərbaycan və Litva” adlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Praqada fotosərgi təşkil edilmişdir. Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Litvanın bu ölkədəki səfiri və Azərbaycan Tələbə Şəbəkəsinin Çexiya filialının nümayəndəsi çıxış etmişlər. Sərginin açılış mərasimində yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri və tələbələr iştirak etmişlər.
Mart-iyun aylarında Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin təşəbbüsü ilə müxtəlif xarici ölkələrin universitetlərində keçirilən "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Çexiyanın Karl Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris etmək məqsədilə Bakı Slavyan universitetinin müəllimi Roza Şəfiyeva Praqaya ezam olunmuşdur. Səfirlik Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin həyata keçirdiyi layihəyə dəstək verərək, müəyyən təşkilatı məsələlərin həllində iştirak etmiş, R. Şəfiyeva ilə mütəmadi təmasda o0lmuş, habelə onu lazımı materiallarla təmin etmişdir.
21 aprel tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin iştirakı ilə Praqada İslam ölkələrinin mədəniyyət və incəsənətinə həsr edilmiş “Müxtəlif ölkələrin ornamentləri” başlığı altında sərginin açılış mərasimi keçirilmişdir. Sözügedən tədbir Çexiyanın Avropa Parlamentindəki deputatı Yan Zahradil, Praqanın 6-cı rayonunun meri Ondrey Kolaj və Çexiya Ticarət Palatasının sədri Vladimir Dlouhinin himayəsi altında təşkil edilmişdir. Sərgidə digər ölkələr ilə yanaşı, Azərbaycan xalçaçılıq və rəssamlıq sənətinə aid nümunələr nümayiş etdirilmiş və sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur. Azərbaycanın Çexiyadakı səfiri F.Şəfiyevin iştirakı ilə keçirilən sərginin açılış mərasiminə Çexiyada akreditə olunmuş İslam ölkələrinin diplomatik nümayəndəliklərinin başçıları, habelə Çexiyanın dövlət qurumları və yerli ictimaiyyəti təmsil edən nümayəndələr də qatılmışlar. Sərgi may ayının 1 qədər davam etmişdir.
6-7 may tarixində Praqada “Nə? Harada? Nə zaman?” tanınmış televiziya intellektual oyununun “Büllur Golem” adlı ənənəvi turniri təşkil edilmişdir. Tədbir Praqada akkreditə olunan Rusiya, Qazaxıstan və Azərbaycan səfirliklərinin dəstəyi ilə həyata keçirilmişdir. Turnir üzrə keçirilən yarışlar başa çatdıqdan sonra, qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Səfir F.Şəfiyev turnir iştirakçıları qarşısında çıxış edərək, qalibləri təbrik etmiş və növbəti turnirlərdə müvəffəqiyyət və uğurlar arzu etmişdir. Daha sonra Fərid Şəfiyev turnir qaliblərini medallar və Azərbaycan səfirliyi adından təqdim olunan mükafatlar ilə təltif etmişdir. Turnirdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycan intellektuallarından ibarət komandalar da iştirak etmişlər.
10 may tarixində Heydər Əliyev Fondunun dəstəyi, Səfirliyin iştirakı ilə Karlovı Varı şəhərindəki Fəxri Konsulluq tərəfindən təşkil olunmuş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ənənəvi qolf turniri keçirilmişdir. Karlovı Varı şəhərində “Tsihelnı” klubunun qolf meydanında baş tutmuş turnirdə 40-dan çox oyunçu, Çexiyadan peşəkar idmançılar, eləcə də, tanınmış çex siyasətçiləri, o cümlədən, ölkə parlamenti Senatının və Deputatlar Palatasının üzvləri iştirak etmişlər. Turnirin qaliblərinə Azərbaycanda hazırlanmış mükafatlar və qiymətli hədiyyələr verilmişdir. Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilmiş və səfir F.Şəfiyev tərəfindən qaliblərə müvafiq hədiyyə və sertifikatlar təqdim edilmişdir. Turnir başa çatdıqdan sonra səfirlik və fəxri konsulluq tərəfindən ziyafət verilmişdir.
15 may tarixində Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ənənəvi beynəlxalq şahmat turnir keçirilmişdir. Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə təçkil olunmuş turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak etmişdir. Turnir başa çatdıqdan sonra Azərbaycan Respublikasının Çexiyadakı səfiri F.Şəfiyev turnir iştirakçıalrı qarşısında çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixində mühüm rolu, onun xalqımız qarşısındakı xidmətlərindən bəhs etmiş, turnirin Praqada ənənəvi şəkildə keçirildiyini vurğulayaraq, növbəti illərdə də təşkil onun ediləcəyinə ümidvar olduğunu bildirmişdir. Səfir F.Şəfiyev daha sonra turnir qaliblərini müvafiq hədiyyə və sertifikatlarla təltif etmişdir. Sözügedən beynəlxalq şahmat turnirində ilk yerləri ardıcıl olaraq, Azərbaycan, Türkiyə və Rusiya şahmatçıları tutmuşlar. Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi iştirak etmişdir. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər turnir iştirakçıları arasında paylanmışdır.
9 iyun tarixində Azərbaycan Respublikasının Çexiyadakı Səfrliyinin təşkilatçılığı və Bakı-Berlin qalareyasının dəstəyi ilə Praqa şəhərinin mərkəzində yerləşən məşhur Klementium qalareyasında ölkəmizin rəssamlarının əsərlərinin nümayiş etdirildiyi “Mənim Azərbaycanım” adlı sərginin açılış mərasimi keçirilmişdir. Sərginin açılış mərasimində səfir F.Şəfiyev və Çexiya Milli Kitabxanasının direktoru Petr Kroup çıxış edərək, Azərbaycanda rəssamlıq sənətinin ənənələri haqqında bəhs etmişlər. Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Çexiyanın dövlət qurumları və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Sərgidə Azərbaycan rəssamlıq sənətinə aid əsərlər nümayiş etdirilmiş və sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur.
10-17 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gənclər və Idman Nazirliyi ilə birgə təşkil olunan və AR-in Çexiyadakı Səfirliyi tərəfindən çex tələbələri arasında həyata keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda müsabiqənin qalibləri Azərbaycana səfər etmişlər. Gənclərin Bakıya birhəftəlik səfərləri ilə bağlı tərəfimizdən müvafiq təşkilatı işlər görülmüş, yazışmalar və danışıqlar aparılmışdır.
27 noyabr tarixində Praqadakı Diplomatların Həyat Yoldaşları Assosiasiyası tərəfindən, hər il olduğu kimi, Beynəlxalq Milad Festivalı təşkil edilmişdir. Sözügedən tədbir zamanı dünyanın müxtəlif ölkələri ilə yanaşı Azərbaycan stendi quraşdırılmış, ölkəmizə məxsus yemək nümunələri, şərab növləri, dəb və geyim əşyaları, zərgərlik məmulatları, habelə müxtəlif xarakterli kitab və çap materialları xeyriyyə məqsədi üçün satışa çıxarılmışdır. Tədbir zamanı, həmçinin, Azərbaycanın milli rəqsi nümayiş etdirilmişdir. Tədbir ərzində toplanan vəsaitlər Çexiya Respublikasında mövcud olan müxtəlif xeyriyyə təşkilatlarını dəstəkləməyə yönəldilmişdir.
2017-ci il üzrə əsas tədbirlər:
20 yanvar tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində 1990-cı ilin 20 yanvar faciəsinin ildönümü münasibətilə dəyirmi masa formasında nahar yeməyi təşkil edilib. Tədbirdə Çexiyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çexiya rəsmi qurumlarının və ictimaiyyətinin təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev 20 yanvar faciəsi haqqında məlumat verərək, Sovet qoşunlarının Bakıya müdaxiləsi və törətdiyi qətliam haqqında söhbət açıb. Səfir F.Şəfiyev sözügedən faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib və ölkəmizdə faciə qurbanlarının əziz xatirəsinin hər il böyük ehtiramla yad edildiyini diqqətə çatdırıb.
25 yanvar tarixində səfir Fərid Şəfiyevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ) Azərbaycanın Çexiyadakı səfirliyində görüşü keçirilmişdir. Keçən il İƏT PQ-ya sədrlik etmiş Türkiyənin Çexiyadakı səfiri tərəfindən sədrliyin Azərbaycan səfirinə keçməsi görüş zamanı qeyd olunub. Səfir Fərid Şəfiyev İƏT PQ görüşünü açaraq, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçiriləcəyini bildirib və bu müstəvidə, cari il ərzində İƏT PQ-yə sədrlik edəcəyindən məmnunluq ifadə edib.Azərbaycan səfiri İƏT PQ platformasından istifadə etməklə, Çexiya hökuməti və ictimaiyyəti ilə əməkdaşlıq edilməsinin əhəmiyyətini vurğulayıb və İslam dəyərləri və mədəniyyətinin irəlilədilməsi və düzgün anlaşılması istiqamətində İƏT PQ-də təmsil olunan səfirləri öz səylərini artırmağa səsləyib.Azərbaycan səfirliyində keçirilən sözügedən tədbirdə İƏT PQ səfirləri ilə yanaşı, Çexiya rəsmi qurumlarının və ictimaiyyətinin bir sıra nümayəndələri iştirak edib.
30 yanvar tarixində azərbaycanlı opera müğənnisi Yusif Eyvazov Praqa Milli Teatrının səhnəsində çıxış etmişdir. Həmvətənimiz teatrın dirijoru və bədii rəhbəri Petr Kofron və rejissor Mixail Doçekalın quruluşunda səhnələşdirilən “Andre Şenye” operasında baş rolu ifa etmişdir. Opera 6 və 8 fevral tarixlərində yenidən qeyd edilən teatrın səhnəsində tamaşaya qoyulmuşdur.
1 mart tarixində Çexiyanın texniki universitetlərinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar. Çexiyanın Liberek Texniki Universitetinin maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana ölkəsinin universitetləri ilə Azərbaycanın ali məktəblərinin tarixi əlaqələrini yada salaraq keçmişdə qalan bu əməkdaşlığın qarşıda böyük perspektivlər yaradacağına əmin olduğunu bildirmiş, AzTU-nun maşınqayırma fakültəsi ilə mövcud əlaqələrə diqqət çəkərək universitetlər arasında yaradılacaq əməkdaşlığın faydalı olacağını qeyd etmişdir. Görüşdə AzTU-nun mühəndis biznesi və menecment fakültəsi ilə əməkdaşlıq məsələsi nəzərdən keçirilmiş, Liberek texniki universitetləri ilə iqtisadiyyat üzrə də əlaqələrin yaradılması planlaşdırılmışdır.
20-26 mart tarixlərində Praqada Bakı Dövlət Universiteti və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edillmişdir. Praqanın Karl Universitetinin biologiya fakültəsinə məxsus Botanika bağında Bakı Dövlət və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycanın flora və faunası, milli təbii qoruqları, ölkəmizin təbiətinin əsrarəngiz zənginliyini ehtiva edən fotolar nümayiş etdirilmişdir. Fotosərgi hər iki universitetin biologiya fakültəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin töhfəsi əsasında təşkil edilmişdir. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev sərginin keçirildiyi Botanika bağına səfər edərək, Azərbaycan haqqında nümayiş etdirilən fotolarla tanış olmiuş, sərgi təşkilatçıları ilə görüşmüşdür.
1-3 aprel tarixlərində Praqadakı Milli Azlıqlar Evində (Dům národnostních menšin) adlı "Animasiya filmlərinin sehri: çex və Azərbaycan animasiyasının birgə sərgi"si keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev və səfirliyin əməkdaşları iştirak etmişdir. Sərgidə çex və Azərbaycan animasiyasının qəhrəmanlarını əks etdirən və Azərbaycanlı uşaqlar tərəfindən hazırlanmış rəsm əsərləri və oyuncaqlar nümayiş etdirilmişdir. Tədbirdə çıxış edənlər çex və Azərbaycan animasiyasına həsr edilmiş sözügedən sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verə biləcəyi töhfədən bəhs etmişlər. Sərginin açılışında Azərbaycan icmasının və yerli ictimaiyyətin üzvləri iştirak etmişlər.
20 aprel tarixində Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçısı olduğu “Qafqaz: İnsanlar və müharibə” kampaniyası çərçivəsində Praqanın “Lucerna” kinoteatrında Elçin Musaoğlunun rejissoru olduğu "Nabat" filmi nümayiş etdirilmişdir. Filmin nümayişində yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Filmin nümayiş etdirildiyi zalın girişində Ermənistan-Azərbaycan münaqişəsinə dair kitab və broşürlər tamaşaçılara paylanılmışdır.
4 may tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev, Türkiyə və Küveytin Çexiyadakı səfirləri ilə birgə Praqa İqtisad Universitetində “İslam və Avropa. Avropa İttifaqı ölkələri ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirənin keçirildiyi böyük auditoriyada yerli tələbələr ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunda (İƏTPQ) təmsil olunan bir sıra ölkələrin səfirləri və nümayəndələri iştirak etmişlər. Səfir Fərid Şəfiyev Azərbaycanın müxtəlif mədəniyyətlər qovşağında yerləşdiyini, müxtəlif dini konfesiyaya malik qrupların ölkəmizdə sülh və tolerantlıq şəraitində birgə mövcudluğunu və belə bir modelin digər regionlar üçün nümunəvi rolunu qeyd etmişdir Səfir habelə Azərbaycan-Çexiya, Azərbaycan-Avropa İttifaqı ölkələri arasındakı münasibətlərin müxtəlif aspektləri, İslam mədəniyyəti və dəyərlərinin Qərbdəki imici, bu dəyərlərə qarşı mövcud olan anlaşılmazlıqlar haqqında məlumat vermişdir. Tədbirin sonunda hər üç ölkə səfirləri auditoriyanın suallarını ətraflı şəkildə cavablandırmışlar.
5 may tarixində IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda plenar sessiya keçirilmişdir. Tədbirdə Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek çıxış etmişdir.
6 may tarixində Praqa şəhərində Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin təşkilatçılığı, “City Building” təşkilatının sponsorluğu və “Elson Grand” təşkilatının dəstəyi ilə Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş həvəskarlar arasında artıq 3-cü il keçirilən ənənəvi beynəlxalq şahmat turniri təşkil olunmuşdur. Turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib. Turnir başa çatdıqdan sonra qaliblər müvafiq hədiyyələrlə təltif edilmişdir. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər turnir iştirakçıları arasında paylanılmışdır.
9 may tarixində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Praqada naməlum əsgərin abidəsi önündə mərasim keçirilmişdir. Tədbirdə səfir Fərid Şəfiyev ilə yanaşı Çexiya Parlamentinin sədri Jan Hamacek və diplomatik korpusun nümayəndələri iştirak etmiş, abidənin önünə əklillər qoymuşlar. Mərasim zamanı Azərbaycanın dövlət himni səslənmiş və bayrağımız dalğalandırılmışdır.
10 may tarixində Azərbaycanın Karlovı Varı şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş qolf turniri keçirilmişdir. Turnirin açılış mərasimində çıxış edən Azərbaycan səfiri Fərid Şəfiyev və fəxri konsul Fəxrəddin Mirzəyev Ümummilli lider Heydər Əliyevin xatirəsi və xalqımız qarşısındakı xidmətləri barədə söhbət açmışlar.
12 may tarixində Bakıda keçirilən 2017 İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Azərbaycanın Çexiyadakı Səfirliyi tərəfindən Praqada tədbir təşkil olunmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupunda təmsil olunan səfirlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna 2017-ci ildəki sədri Fərid Şəfiyev çıxış etmiş, İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti və ölkəmizin İslam dəyərlərinin təbliği istiqamətində atdığı addımlar barədə məlumat vermişdir.
19 may tarixində səfir Fərid Şəfiyev Çexiyanın əsas ali təhsil müəssisəsi olan Praqa Karl Universitetində “Azərbaycan tarixinin müasir dovru” mövzusunda mühazirə söyləmişdir. Mühazirə Çexiyadakı Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Karl Universitetinin Fəlsəfə fakültəsində keçirilən Azərbaycan tarixi kursları çərçivəsində təşkil edilmiş, Azərbaycanın müasir tarixi, keçdiyi inkişaf yolu və xüsusilə Sovet İttifaqının dağılması ilə ölkəmizin əldə etdiyi müstəqllik və üzləşdiyi çətinliklərə həsr olunmuşdur. Səfir Fərid Şəfiyev parçalanmaq təhlükəsi qarşısında olan Azərbaycanın Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində təhlükədən qurtulduğunu və müstəqil dövlət quruculuğuna qədəm qoyduğunu qeyd etmiş, hazırkı Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə isə müstəqil Azərbaycanın öz uğurlu inkişaf yolunu müvəffəqiyyətlə davam etditdiyini diqqətə çatdırmışdır. Mühazirədə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycanın üzləşdiyi təhlükələrə baxmayaraq, ölkəmizin həyata keçirdiyi enerji və infrastruktur layihələri haqqında tələbələrə məlumat verilmiş, Azərbaycanın regionda iqtisadi göstəricilərinə əsasən liderə çevrildiyi vurğulanmışdır.
24 may tarixində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ) və Çexiyanın əsas ali təhsil müəssisəsi Karl Universitetinin birgə təşkilatçılığı ilə “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda Çexiyanın dövlət qurumları, parlamentin üzvləri, ictimaiyyətin nümayəndələri, Karl Universitetinin professor və tələbələri iştirak etmişdir. İki paneldən ibarət təşkil edilən konfransı giriş çıxışları ilə Karl Universitetinin rektoru Tomaş Zima, Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Misir səfiri açmış, İslam üzrə ingilis alim Karen Armstrong, Çexiya müdafiə nazirinin müavini Yakub Landovski və Karl Universitetinin professorları əsas natiq qismində çıxışlar etmişlər.
26 may tarixində 28 May Respublika günü münasibətilə Azərbaycanın Çexiyadakı Səfirliyinin binasında rəsmi qəbul təşkil edilmişdir. Ziyafətdə Çexiya tərəfindən ali qonaq qismində Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek iştirak etmişdir. Tədbirə həmçinin Çexiya dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Çexiya ictimaiyyəti və Azərb icmasının üzvləri qatılmışlar. Yan Hamaçek çıxışı zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd etmiş, Cənubi Qafqaz regionunda Azərbaycanın Çexiya üçün çox mühüm tərəfdaşı olduğunu bildirmişdir. Çexiya Parlamentinin sədri Azərbaycan tərəfi, xüsusilə Milli Məclis ilə dostluq münasibətlərinin bundan sonra da dərinləşdirilməsinə ümid etdiyini vurğulamışdır.
22 iyun tarixində Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna (İƏTPQ) 2017-ci ildə rəhbərlik edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında Azərbaycanın Çexiyadakı Səfirliyində İƏTPQ-nin növbəti görüşü keçirilmişdir. Görüşdə Praqada akreditə olunmuş İƏT səfirləri ilə yanaşı, Çexiya rəsmi dairələrinin təmsilçiləri iştirak etmişdir. Görüş zamanı səfir Fərid Şəfiyev çıxış edərək, İƏTPQ-nin gündəmində olan məsələlərdən bəhs etmişdir. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin səfirləri müvafiq çıxışlar edərək, Praqa Qrupun 2017-ci il üzrə təşkil etdiyi tədbirlər və apardığı fəaliyyətdən ötrü məmnunluqlarını ifadə etmişlər. Rəsmi görüş başa çatdıqdan sonra, İƏTPQ səfirlərinin şərəfinə iftar yeməyi təşkil edilmişdir.
3 iyul tarixində İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalında təqdim olunub. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. Nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb. Yeni ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
10-13 sentyabr tarixlərində Şamaxı rayonunun Qaravəlli kənd məktəbi və yerli özünüidarə orqanlarının təmsilçiləri Çexiya Respublikasına səfər etmiş, Çexiya Təhsil Nazirliyində Beynəlxalq Əlaqələri üzrə idarəsinin direktoru Ladislav Banovets, deputat Marta Berdixova görüşmüşlər. Daha sonra Qaravəlli kəndinin əməkdaşlıq etdiyi Studnitse u Nahoda kəndi ilə əməkdaşlqı üzrə anlaşma memorandumu imzalanmışdır.
- Çexiyada Azərbaycan icması haqqında məlumat
Tələbə və gənclər Azərbaycan icmasının Çexiyadakı əsas özəyi hesab olunur. Bu müstəvidə, Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin (Azerbaijan Student Network) Çexiyada fəaliyyət göstərən bölməsi və Çexiya-Azərbaycan İctimai Birliyi (Česko-Ázerbájdžánský Spolek, ČAS) təşkilatları qeyd olunmalıdır.
- Konsulluq münasibətləri
Ölkəyə səfər edənlər üçün praktiki arayış
Azərbaycan Respublikasının Çexiya Respublikasındakı konsulluq şöbəsinin ünvanı:
Na Zatorce 783/17
16000 Praha 6 – Bubenec
Czech Republic
Tel. +420 246 032 424
Fax. +420 246 032 423
Email: consul@azembassy.cz
İki tərəfli viza rejimi
Azərbaycan Respublikasının və Çexiya Respublikasının vətandaşları üçün bütün növ vizalar üçün rüsum 35 avro təşkil edir. Diplomatik pasporta malik olan şəxslər vizadan azad edilərək, sərbəst, yəni vizasız səfər edə bilərlər. Çox dəfəlik turizm vizası əldə edən şəxslər və yaxud diplomatik pasport daşıyıcıları 180 gün ərzində 90 günədək qala bilərlər.
Çexiyaya qonşu olan ölkələr (Almaniya, Polşa, Slovakiya, Avstriya) Şengen zonasına daxil olduğuna görə həmin ölkələrə səfər etmək üçün Şengen vizası kifayətdir.
Ölkəyə giriş (o cümlədən aparılan ev heyvanları) üçün sanitar qaydalar
AI-nin №745/2004 qərarına əsasən ət və süd məhsullarının Çexiya Respublikasına idxalı qadağandır. Çexiya Respublikasının gömrük qaydalarına görə fitosanitar nəzarəti tələb edən (Fərman №215/2008 Coll.) və idxal üçün qadağan olan məhsullar var (Fərman №215/2008 Coll.)
Quşların idxalına yalnız Praqa beynəlxalq hava limanı vasitəsilə icazə verilir. Ev heyvanları (pişiklər, itlər) idxalı yalnız sanitar nəzarəti olan hava limanı vasitəsilə mümkündür. Heyvanların identifikasiya vasitəsi (mikroçip və ya döydürmə) və baytarlıq sertifikatı olmalıdır. Sertifikatda heyvan haqqında məlumat, etibarlı quduzluq peyvəndi haqqında qeyd; qurdlara (echinococcosis) qarşı preparatlar haqqında qeyd; quduzluğa qarşı anticisim təhlilinin nəticələri olmalıdır.
İkitərəfli nəqliyyat imkanları
Bakı şəhərindən Praqaya mövsumi olaraq həftənin hər 1-ci və 5-ci günləri birbaşa hava uçuşları həyata keçirilir. Uçuş müddəti 4 saat təşkil edir.
Ölkədə qalma və yerdəyişmə qaydaları
Turist vizası əsasında 90 gündən artıq qalmaq olmaz. Uzunmüddətli viza (90 gündən artıq) Çexiya universitetlərində oxuyan tələbələr, müqavilə üzrə işləyən işçilər, iş adamları, Çexiya Respublikasında fəaliyyat göstərən şirkətlərin təsisçiləri və rəhbərləri ala bilər.
Uzunmüddətli viza ilə Çexiya Respublikasına gələn əcnəbi üç gün ərzində “Xarici polisdə” qeydiyyatdan keçməlidir. Qeydiyyata düşmək üçün bu sənədlər tələb olunur:
- Pasport viza ilə:
- Çexiya Respublikasında yerləşən sığorta şirkətindən tibbi sığorta;
- Kirayə müqaviləsi (və ya müəyyən bir ünvanda yerləşən evin sahibindən yaşamağa dair icazə);
- İki fotoşəkil.
Öz şirkətinizə məxsus olan evdə qeydiyyata düşmək üçün əlavə olaraq Ticarət Məhkəməsindən şirkətin Çexiya Respublikası ərazisində fəalliyyət göstərməsi haqqında çıxarış və Daşınmaz Əmlakın Kadastrınnan əmlakın sahibliyi haqqında çıxarış əlavə etmək lazımdır.
Yaşayış ünvanınızı dəyişdirdiyiniz halda 30 gün ərzində bunu “Xarici polisə” bildirməlisiniz.
Ölkədə gömrük qaydaları (fərdi şəxslər üçün ölkəyə idxal etmə məhdudiyyətləri)
Çexiya Respublikasına gələrək gömrükdən 10.000 avroyadək (və ya onun ekvivalenti) vəsaiti bəyannaməsiz keçirmək olar.
Hava yolu ilə gələnlər Çexiya Respublikası ərazisinə gətirilən şəxsi istifadə üçün aşağıdakı malların gömrük rüsumları, ƏDV və aksiz vergisindən azad edilir:
Sərnişinin 17 yaş və ya 17 yaşdan yuxarı olmadığı şərti ilə:
- 200 siqaret və ya 100 cigarillo (çəkisi 3 qramdan çox olmamaq şərti ilə.), və ya 50 siqar və ya 250 qram tütün.
- Tərkibində 22%-dən çox alkoqol olan spirtli içki – 1 litr
- Tərkibində 22%-dən az alkoqol olan içkilər və aperitivlər, şampan və likyorlar – 2 litr
- Əlavə olaraq 4 litr şərab və ya 16 litr pivə gətirmək olar
Ətir: 50ml ətir və ya 250ml odekolon.
Dərmanlar: Vizada göstərilmiş müddətə qədər kifayət edən miqdarda dərman.