Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları

Ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları

Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsasnamə" ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir. Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. 

Nəzərə alınmalıdır ki, Səfirliyin konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 2 və ya 3 (iki və ya üç) ayadək davam edə bilər. 

Diqqət! Pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu yalnız əvvəlcədən görüş vaxtı (Termin) təyin olunmaqla həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamları günləri saat 10:00-dan 12:30-dək Səfirliyin Konsulluq bölməsində aparılır. Görüş vaxtı (Termin) təyin olunmadan pasport müraciətləri qəbul edilmir.

 

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

18 yaşı tamam olmuş şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Ümumvətəndaş pasportunun və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  2. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır); Mail vasitəsilə müraciət olduqda ərizə-anketlər mail vasitəsilə göndərilə bilər və ya Səfirlikdə doldurula bilər.
  3. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anket üçün tələb olunur!); 
  4. Konsulluq qeydiyyatı haqqında anket (konsulluq qeydiyyatı aparılıbsa və bununla əlaqədar pasportun müvafiq səhifəsində təsdiq qeydi varsa anketin doldurulmasına ehtiyac yoxdur);
  5. 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnutəsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı;
  6. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə  25 usd məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap edilmiş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur). 

  Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
 

 

Raiffeisen Bank

5011025441/5500 USD (Ödənişlər yalnız ABŞ dolları ilə edilməlidir)

İBAN: CZ76 5500 0000 0050 1102 5441

SWIFT: RZBCCZPP

 

Diqqət!: 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi və ya dəyişdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi biletinin əsli və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Sözügedən sənədi təqdim etməyən şəxslərin pasport ilə bağlı müraciətləri qəbul edilmir və hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir. 

Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti, 18 yaşı tamam olmamış vətəndaşailk dəfə ümumvətəndaş pasportu verildikdə isə doğum haqqında şəhadətnamənin əsli (və onun Azərbaycan dilinə tərcüməsi) və surəti;
  2. 18 yaşı tamam olmamış vətəndaşailk dəfə ümumvətəndaş pasportu verildikdə qan qrupu haqqında arayış;
  3. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket(Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  4. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anketlər üçün tələb olunur!);
  5. Konsulluq qeydiyyatı haqqında anket (konsulluq qeydiyyatı aparılıbsa və bununla əlaqədar pasportun müvafiq səhifəsində təsdiq qeydi varsa anketin doldurulmasına ehtiyac yoxdur);
  6. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi. Razılıq ərizəsi əvvəlcədən doldurulmalı və hər iki valideyin Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyi halda, razılıq ərizəsi konsulluqda valideynlər tərəfindən şəxsən imzalanmalıdır. Valideynlərdən biri və ya hər ikisi Konsulluğa gəlmədiyi halda Konsulluğa gəlməyən valideynin və ya valideynlərin razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Razılıq ərizəsi Azərbaycan dilində tərtib olunmalıdır;
  7. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti(pasport və ya şəxsiyyət vəsiqələri);
  8. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 usd məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuşqəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur). 

Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

 

Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir.

Yeni ümumvətəndaş pasportunun Səfirliyin konsulluq bölməsi vasitəsilə rəsmiləşdirilməsi üçün pasport üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra  ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq dövlət rüsumu ödənilməlidir.

 

  • bir yaşınadək uşaqlar üçün - 15 manat;
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
  • on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir:

  • bir yaşınadək uşaqlar üçün - 25 manat;
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
  • on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.

Qeyd:  Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportuna malik olmayan, yalnız Azərbaycan Respublikasının və ya Çex Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan, 18 yaşına çatmamış, Azərbaycan Respublikası vətəndaşlarına  ilk dəfə AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ilk növbədə həmin şəxs üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə bağlı arayış əldə edilməlidir. (Səfirliyin Konsulluq bölməsinə (poçt vasitəsilə) müraciət edilərək əldə edilə bilər). Bundan sonra isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Fərdi İdentifikasiya Nömrəsi (FİN) alınması üçün müraciət olunmalıdır (Səfirliyin Konsulluq bölməsinə (poçt vasitəsilə) müraciət edilərək əldə edilə bilər). Qeyd edilən sənədlər etibarnamə vasitəsilə də əldə edilə bilər. Fərdi İdentifikasiya Nömrəsinin (FİN) alınması üçün aşağıdakı sənədlər poçtla Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir: 

  1. Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən (keçmiş zaqs) verilmiş doğum haqqında şəhadətnaməsi olan şəxsin özü və ya valideyni tərəfindən FİN alınması üçün müvafiq ərizə;
  2. Ərizəyə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əlavə edilməlidir;
  3. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti təsdiq edən arayışın surəti.

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona muvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu rəsmiləşdirilir.

 FİN nömrəsi və vətəndaşlıq mənsubiyyəti arayışı əldə edildikdən sonra ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ üçün Səfirliyin konsulluq bölməsinə müraciət etmək mümkündür

 

Qeyd: Yeni ümumvətəndaş pasportu hazır olduqda, vətəndaşlar pasportunu şəxsən Səfirliyin Konsulluq bölməsindən qəbul saatları zamanı növbə götürmədən təhvil ala bilərlər.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Konsulluq bölməsinə təhvil verilməlidir. 

Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli qurumun arayışı təqdim edilməlidir.

 

Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket

Arxiv üzrə axtarış