Dövlət rüsumu və inzibati cərimə

Dövlət rüsumu

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün müraciət edən şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün: 

– 10 ABŞ dollar məbləğində dövlət rüsumu ödənilməlidir (Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2. maddəsi).

Ödənilmə ünvanı

Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.

Hesab nömrələri və bank rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının internet saytlarında yerləşdirilir.

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriyalar üzrə Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur: 

       - xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar, 
       - pedaqoji fəaliyyət göstərən vətəndaşlar, 
       - xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar;
       - xarici ölkələrdən deportasiya edilən vətəndaşlar.

Arxiv üzrə axtarış