Səfirin müraciəti

 

 

Hörmətli qonaqlar,

Sizi Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlayıram.

İnternet səhifəmizdə Azərbaycan və onun dost Çexiya ilə münasibətləri haqqında ümumi məlumat diqqətinizə təqdim edilir. Eyni zamanda səhifəmizdə konsulluq və viza məsələlərinə dair bölmə, səfirliyimizin fəaliyyətinə dair aktual xəbərlər, eləcə də Azərbaycanla əlaqədar bir sıra digər informasiya mənbələrinə keçidlər yerləşdirilmişdir. Ən yeni məlumatları təqdim etmək üçün internet səhifəmizi tez-tez yeniləyir və ümid edirik ki, bizim Azərbaycana kiçik pəncərəmiz sizə faydalı olacaqdır.

Azərbaycan ilə Çexiya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri davamlı və hərtərəfli şəkildə inkişaf etməkdədir. İki ölkə arasında qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik əməkdaşlıq mövcuddur.

Qarşılıqlı yüksək səviyyəli səfərlər ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsi və dərinləşməsinə mühüm töhfə verir. Azərbaycan və Çexiya həmçinin beynəlxalq platformalar çərçivəsində uğurlu əməkdaşlıq edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son iki onillik ərzində etibarlı tərəfdaş, əhəmiyyətli beynəlxalq təşəbbüslərin aparıcı qüvvəsi və regional lider kimi tanınır.

Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu coğrafiyada, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan multikultural cəmiyyəti və yüksək tolerantlıq dəyərləri, eləcə də füsunkar təbiəti ilə seçilən rəngarəng ölkədir.

Biz bütün dostlarımızı Azərbaycanın vəd etdiyi heyrətamiz gözəllikləri kəşf etməyə dəvət edirik. Sizlər Azərbaycan barədə daha çox öyrənməyə çalışarkən Azərbaycanın Çexiyadakı səfirliyi olaraq hər zaman sizə yardımçı olmağa hazırıq.

 

Hörmətlə,

Adış Məmmədov

Azərbaycan Respublikasının Çex Respublikasındakı

Fövqəladə və Səlahiyyətli Səfiri

Arxiv üzrə axtarış