2016-02-23

22-23 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyev Zlin regionuna səfər edib.

Səfər çərçivəsində Çexiyalı dövlət qurumları və iş adamlarının iştirakı ilə Azərbaycanda investisiya imkanları, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq əlaqələrinə həsr edilmiş görüşlər keçirilib.

Səfir F.Şəfiyev Luxaçovitse şəhərində yerli İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Radomil Kop ilə görüşüb. Görüşdə iqtisadi, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində perspektivlər müzakirə edilib.

Daha sonra,  səfir F.Şəfiyev Uxerskiy Brod şəhərinə səfər edib. Səfər zamanı Slovatske Stroyirni şirkətinin baş direktoru Yirji Rosenfeld ilə görüş keçirilib. Ölkəmizdə iqtisadi, ticarət və digər sahələrdə aparılan islahatlardan bəhs edən səfir şirkət rəhbərliyinin Azərbaycanla əlaqələrin yaradılmasında marağını sorğu edib. Yirji Rosenfeld rəhbərlik etdiyi şirkətin Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olduğunu və qələcək iş perspektivlərini müzakirə etməyə hazır olduqlarını bildirib.

Səfir F.Şəfiyev Luxaçovitse şəhərində yerləşən astma xəstəliyindən əziyyət çəkən uşaqlar üçün reabilitasiya mərkəzinə səfər edib və mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.

Səfir F.Şəfiyev həmçinin Zlin regionunun Səhiyyə üzrə Vitse Gubernatoru Lubomir Neças ilə görüşüb. Azərbaycan və Çexiya münasibətlərinin yüksək xətlə inkişaf etdiyi, ölkəmizin iqtisadi böhran və neft qiymətlərinin enməsinə baxmayaraq sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyi, qeyri-neft sektoru barəsində müqabil tərəfə məlumat verilib. Yerli çex şirkətlərinin Azərbaycana yatırım etməsi və iş adamlarından ibarət qrupun ölkəmizlə gələcək iş perspektivləri müzakirə olunub. 

Habelə, səfir F.Şəfiyev Kontinental şirkətlər grupunun avtomobillər üçün istehsalat zavoduna səfər edib, şirkətin Azərbaycanda əməkdaşlıq perspektivləri müzakirə edilib.     

Arxiv üzrə axtarış