2016-01-18

Praqada 20 yanvar faciəsinin 26 illiyi ilə əlaqədar tədbir keçirilib

18 yanvar 2016-cı il tarixində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tərəfindən Praqada yerli jurnalistlər üçün dəyirmi masa təşkil edilib.

Səfir F.Şəfiyev 1990-cı ilin 20 yanvar faciəsi haqqında jurnalistlərə ətraflı məlumat verib. Səfir, Sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncə və sonrakı hadisələrin tarixi haqqında söhbət açıb. Səfir F.Şəfiyev sözügedən faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirib.

Səfir F.Şəfiyev 20 yanvar faciəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri haqqında danışıb. Daha sonra Azərbaycan səfiri çexiyalı jurnalistlərin suallarını cavablandırıb.

Arxiv üzrə axtarış