2016-06-09

Praqada "Mənim Azərbaycanım" adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib

9 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Çexiyadakı Səfrliyinin təşkilatçılığı və Bakı-Berlin qalareyasının dəstəyi ilə Praqa şəhərinin mərkəzində yerləşən məşhur Klementiumqalareyasında ölkəmizin rəssamlarının əsərlərinin nümayiş etdirildiyi "Mənim Azərbaycanım" adlı sərginin açılış mərasimi keçirilib. 

Sözügedən sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Çexiya Milli Kitabxanasının direktoru Petr Kroup çıxış edib. Natiqlər öz çıxışlarında Azərbaycanda rəssamlıq sənətinin ənənələri haqqında bəhs edib.  

Sərginin açılışında Bakı-Berlin qalareyasının direktoru Pərvanə Ehrari, Çexiya mədəniyyət nazirliyi və digər dövlət qurumlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri, o cümlədən yerli ictimaiyyət və Azərbaycan icmasının nümayəndələri iştirak edib.  

Sərgidə azərbaycan rəssamları İsa Məmmədov, İbrahim Ehrari, Şamo, Müsəib Əmirov, Əsmər Nərimanbəyova və həmçinin Praqada yaşasyan tətbiqi incəsənət ustası Vəfa Aşumovanın əsərləri nümayiş etdirilib və sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Açiliş mərasimi zamanı musiqili bədii kompozisiya nümayiş etdirilib, şair Leyla Bəyimin sonetləri səsləndirilib. 

Sərgi 30 iyun 2016-cı il tarixinə qədər davam edəcək.  

Arxiv üzrə axtarış