2017-04-01

"ANİMASİYA FİLMLƏRİNİN SEHRİ: Çex və Azərbaycan animasiyasının birgə sərgi"si

1 aprel 2017-ci il tarixində Praqa şəhərində "ANİMASİYA FİLMLƏRİNİN SEHRİ: Çex və Azərbaycan animasiyasının birgə sərgi"sinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev və səfirliyin əməkdaşları iştirak edib.

Sərgidə Çex və Azərbaycan animasiyasının qəhrəmanlarını əks etdirən və Azərbaycanlı uşaqlar tərəfindən hazırlanmış rəsm əsərləri və oyuncaqlar nümayiş etdirilib və tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə çıxış edənlər Çex və Azərbaycan animasiyasına həsr edilmiş sözügedən sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verə biləcəyi töhfədən bəhs edib və məmnunluqlarını bildiriblər.

Sərginin açılışında Azərbaycan icmasının və yerli ictimaiyyətin üzvləri iştirak edib.

Arxiv üzrə axtarış