2017-05-26

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Respublika Günü münasibətilə ziyarət təşkil edib

28 May Respublika günü münasibətilə Azərbaycanın Çexiyadakı Səfirliyinin binasında ziyafət təşkil edib. Ziyafətdə Çexiya tərəfindən ali qonaq qismində Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek iştirak edib. Tədbirə həmçinin Çexiya dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Çexiya ictimaiyyəti və Azərb icmasının üzvləri qatılıb.

Yan Hamaçek çıxışı zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib və Cənubi Qafqaz regionunda Azərbaycanın Çexiya üçün çox mühüm tərəfdaşı olduğunu bildirib. Yan Hamaçek ölkəmizlə siyasi, iqtisadi və xüsusilə enerji sahəsində çox yaxından əməkdaşlıq aparıldığını qeyd edib. Çexiya Parlamentinin sədri Azərbaycan tərəfi, xüsusilə Milli Məclis ilə dostluq münasibətlərinin bundan sonra da dərinləşdirilməsinə ümidlə yanaşdığını söyləyib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev öz növbəsində Yan Hamaçekin şəxsində Çexiya tərəfinə təşəkkürünü çatdıraraq, Azərbaycan-Çexiya əlaqələrinin irəlilədilməsi və möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Arxiv üzrə axtarış