2017-06-22

Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib

İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna (İƏTPQ) 2017-ci ildə rəhbərlik edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında Azərbaycanın Çexiyadakı Səfirliyində İƏTPQ-nin növbəti görüşü keçirilib. Görüşdə Praqada akreditə olunmuş İƏT səfirləri ilə yanaşı, Çexiya rəsmi dairələrinin təmsilçiləri iştirak edib.

Görüş zamanı səfir Fərid Şəfiyev çıxış edərək, İƏTPQ-nin gündəmində olan məsələlər haqqında bəhs edib. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin səfirləri müvafiq çıxışlar edərək, Praqa Qrupun 2017-ci il üzrə təşkil etdiyi tədbirlər və apardığı fəaliyyətdən ötrü məmnunluqlarını ifadə ediblər.

Rəsmi görüş başa çatdıqdan sonra, İƏTPQ səfirlərinin şərəfinə iftar yeməyi təşkil edilib.

Arxiv üzrə axtarış