2017-12-18

Çexiya mətbuatında son həftə ərzində Azərbaycanla bağlı çoxsaylı silsilə məqalələr nəşr edilib

Çexiya mətbuatında son həftə ərzində Azərbaycanın təbliğatına yönəldilmiş çoxsaylı silsilə məqalələr nəşr edilib və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, turizm sahəsi və zəngin mətbəxi haqqında məlumatlar təqdim edilib.   

Çexiya mətbuatında yer alan məlumat sırasında xüsusilə 18 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyində “Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında əldə edilmiş razılığa diqqət çəkilib və Azərbaycanda Tatra yük maşınlarının 2018-ci ildən istehsalına başlanacağı qeyd olunub.

Çexiya KİV-rində habelə Azərbaycanın turizm imkanları haqqında yerli oxuculara məlumat verilərək, çex turistləri üçün ölkəmizin ekzotik və baha olmayan yeni turizm istiqaməti olduğu bildirilib. “Qafqazın Parisi” adlandırılan Bakının möhtəşəm binaları və geniş bulvarı ilə diqqət çəkdiyi vurğulanıb və ölkəmizin digər görməli yerləri haqqında məlumat yer alıb.

Azərbaycanın Çexiya ilə tarixi və mədəni baxımdan oxşarlığına toxunularaq, hazırda ölkələr arasında xüsusilə iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, Çexiyanın enerji ehtiyaclarının mühüm hissəsinin Azərbaycanın hesabına təmin olunduğu qeyd olunub.

Dərc edilən məqalələr arasında Azərbaycanın zəngin mətbəxi diqqətdən kənarda qalmayıb. Milli Azərbaycan xörəkləri olan dolma, plov, kabab və digər təamlar haqqında məlumat verilərək, onların hazırlanma qaydası təqdim edilib.

https://zpravy.e15.cz/fleet-special/zbrojar-strnad-zacne-montovat-tatrovky-v-azerbajdzanu-1341278     

https://zpravy.aktualne.cz/ekonomika/tatra-zacne-montovat-svoje-nakladni-vozy-v-azerbajdzanu/r~14d3a240e4e911e7b6a9ac1f6b220ee8/?redirected=1513951399

http://www.prvnizpravy.cz/zpravy/byznys/azerbajdzan-se-otevira-zahranicnim-turistum/

https://tvfiesta.cz/azerbajdzanska-kuchyne-odhalte-exoticke-chute-z-kavkazu/

https://www.krajskelisty.cz/stredocesky-kraj/18550-tip-kde-stravit-levnou-pritom-exotickou-dovolenou-azerbajdzan-se-otevira-zahranicnim-turistum.htm

Arxiv üzrə axtarış