2018-02-22

Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Cari ilin 21 fevral tarixində Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən memorandumun, Azərbaycanla Çexiya arasında ticari-iqtisadi münasibətlərinin inkişaf etdirilməsi, hər iki ölkənin işgüzar dairələri arasında təmasların təşviqi, eləcə də Çexiyada Azərbaycanın təbliğ edilməsinə xidmət edəcəkdir. Səfirlik ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında indiyə qədər uğurlu əməkdaşlıq davam etməkdədir. Belə ki, əməkdaşlığın bariz nəticəsi olaraq, “Gəncə avtomobil zavodu” ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində imzalanıb. Əməkdaşlığın davamı olaraq, Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) ilə Səfirlik arasında cari il ərzində ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

Arxiv üzrə axtarış