2018-03-15

15 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyevin bu ölkənin sənaye və ticarət naziri Tomaş Hüner ilə görüşü keçirilib.

15 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyevin bu ölkənin sənaye və ticarət naziri Tomaş Hüner ilə görüşü keçirilib. Görüşdə, iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə, eləcə də Tomaş Hünerin cari ildə Azərbaycana gözlənilən səfərinə hazırlıq işləri ətrafında müzakirələr aparılıb. Görüş əsnasında həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib və növbəti iclasının cari ilin ikinci yarısında Praqada keçirilməsi barədə müzakirələr aparılıb. Tərəflər, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini və hər iki ölkənin qeyri-neft sektorunda da potensialını nəzərə alaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üzrə səylərin davam etdiriləcəklərini qeyd ediblər.

Arxiv üzrə axtarış