2018-05-12

Çexiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

12 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı, iş adamı Kərimov Həmid Hüseyn oğlunun (City Building şirkəti) və “Czech Comfort Company” təşkilatının sponsorluğu ilə Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında 4-cü ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub. Turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib.

Turnirin açılışında Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev turnir iştirakçıalrı qarşısında çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, onun xalqımız qarşısındakı xidmətləri haqqında bəhs edib. Azərbaycanlı diplomat Praqada sözügedən turnirin ənənəvi şəkildə keçirildiyini vurğulayaraq, növbəti illərdə də təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.

Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər turnir iştirakçıları arasında paylanılıb. Turnir başa çatdıqdan sonra qaliblər müvafiq medal və hədiyyələrlə təltif edilib.
 
Çexiyanın Karlovı Varı şəhərində isə Azərbaycanın Fəxri Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş qolf turniri keçirilib. Turnirin rəsmi hissəsində Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev iştirak edib. 

Arxiv üzrə axtarış