2019-01-16

15 Yanvar 2019-cu il tarixində Azərbaycanın Çexiyadakı səfiri cənab Fərid Şəfiyevin Çexiyanın kənd təsərrüfatı naziri cənab Miroslav Toman ilə görüşü keçirilib.

Görüşdə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə, xüsusən də Azərbaycandan Çexiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artırılması, heyvandarlıqda seleksiya, gübrə məhsulları və gübrədən zərər çəkmiş torpaq ərazilərinin təmizlənməsi, su və kanalizasiya təmizləyici qurğularının tikintisi barədə məsələlər müzakirə edilib. Həmçinin kənd təsərrüfatında sərmayə tələb edən prioritet sahələri üzrə birgə layihələrin hazırlanması və hər iki ölkənin aqrar tədqiqatlar mərkəzləri arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb. 

Görüşün nəticəsi olaraq, Çexiyanın kənd təsərrüfatı sahəsində çalışan aparıcı şirkətlər və elmi-tədqiqat dairələrindən ibarət nümayəndə heyətinin cari ilin mart ayında Azərbaycana səfərinin təşkili və səfərə hazırlıq işlərinin aparılması üzrə səfirlik ilə nazirlik arasında koordinasiya işlərinin davam etdirilməsi üzrə razılıq əldə olunub.

Arxiv üzrə axtarış