2019-04-16

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Çex Respublikasının Ruda nad Moravou şəhərində yerləşən orta məktəbin 7-ci və 8-ci sinif şagirdləri üçün Azərbaycana həsr olunmuş tədbir keçirilib.

Tədbir  zamanı Azərbaycan Tələbə Təşkilatının sədri Eldar Vəliyev şagirdlərə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və mətbəxi  haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda ölkəmizlə bağlı kitab və jurnallar şagirdlərə paylanılıb və Azərbaycan mətbəxinin nümunələri şagirdlərə təqdim olunub.

Tədbir şagirdlərin və müəllimlərin böyük marağına səbəb olub.

Arxiv üzrə axtarış